Tbilisi şəhər məhkəməsi Dəmirəl kollecinin keçmiş meneceri Mustafa Emre Çabukun ekstradasiadan əvvəl həbs olunması müddətini daha üç ay müddətinə, 2018-ci ilin 24 fevral tarixinə qədər uzadıb

news4

Bu qərarı Tbilisi şəhər məhkəməsinin hakimi Nikoloz Marqvelaşvili bu gün baş tutan iclasda qəbul edib.

Məhbusluq müddətiin uzadılmasına dair məhkəməyə prokurorluq vəsatətlə müraciət edib. Prokuror qeyd edib ki, Çabukun ekstradasiyası məsələsinə dair ekstradasiya prosedurları bitməyib və o, yenidən Türkiyə tərəfindən axtarışdadır, ancaq Çabuk Türkiyə xidmətləri ilə əməkdaşlıq etmək istəmir. O, 30-dan çox ölkədə yaşayan şəxslərlə əlaqədədir.

Prokuror qeyd edib ki, əvvəlcədən məhbusluğa daha yüngül tədbir tökmək Çabukun müvafiq hərəkətini təmin etmir.

Müdafiə tərəfi, Çabukun vəkilləri, hakimə ekstradasiyadan əvvəl məhbusluq əvəzinə 10 000 lari dəyərində girov, eləcə də pasportu müvafiq orqanlara təhvil verməyi təklif ediblər.

Vəkil İoseb Barataşvili qeyd edib ki, həmişə gizlənmə təhlükəsi haqqında istintaq danışırsa bunu təsdiq etməlidir ki, real təhlükə var və yalnız kəskin cəzanı qeyd etmək yetərli deyil.

Dəmirəl adına özəl kollecin meneceri, Türkiyə vətəndaşı Mustafa Emre Çabuk 24 mayda saxlanılıb. Mustafa Çabuka Tbilisi şəhər məhkəməsi 23 avqustda ekstradasiyadan əvvəl məhbusluq verib. Onun məhbusluğun müddətini daha üç ay – 24 noyabra qədər uzadıblar.

Çabukun saxlanılmasını Türkiyə tərəfi tələb edir və təsdiqləyir ki, o, “terror təşkilatı” FETO-nun işlərinə dəstək olurmuş. Bu faktdan bir gün əvvəl Türkiyə hökuməti Gürcüstana səfər etmişdi və rəsmi məlumata görə, səfər zamanı iqtisadi və mədəni məsələlər müzakirə olunub.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register