QHT-lər Parlamentə Xalq Müdafiəçiliyinə 4 namizəd təqdim edəcəklər

ddddd

Gürcüstan Parlamentində Xalq Müdafiəçiliyinə namizədlərin seçilməsi haqqında çoxluq və QHT nümayəndələrinin görüşü keçirilib.

Görüşdə Parlamentin sədri İrakli Kobaxidze və Parlament çoxluğundan Tamar Çuqoşvili iştirak edib. Görüş başlayana qədər onlar bəyənat verməyiblər.

QHT nümayəndələrindən jurnalistlərlə yalnız “Liberal Akademiya Tbilisi”nin rəhbəri Laşa Tuğuşi söhbət edib.

“Bizim iki növ təklifimiz var. Biri heyətə ikincisi isə prosesə aiddir. Heyətlə bağlı dörd namizəddə dayandıq. Onlar: Vaxuşti Menabde, Zviad Koridze, Nino Lomcaria və Ana Natsvlişvilidir. Bu bizim seçdiyimiz dörd namizəddir. Bu dörd namizədi Parlamentə təklif edirik. Marağımız var ki, bu namizədləri çoxluq müzakirə etsin. Onlar Parlamentdə vacib qərarlar qəbul edirlər. Yaxşı olardı ki, bu dörd namizədi Parlamentin fraksiyaları dinləsin. Çox vacibdir ki, proses açıq və şəffaf olsun. İlk növbədə bu təkliflər Parlamentə, çoxluğa doğru istiqamətlənib. Aydındır ki, Parlamentin bir hissəsi olan müxalifətin də marağındadır ki, namizədlərin fikrini dinləsin”, – bildirib Laşa Tuğuşi.

Görüşdə eləcə də Eka Qiqauri (Beynəlxalq Şəffaflıq Gürcüstan), Mixeil Benidze (Ədalətli Seçkilər), Aleko Tsikişvili (İnsan Hüquqları Mərkəzi), Zviad Devdariani (Sida), Arnold Stepanyan (Çoxmillətli Gürcüstan) və başqa təşkilat nümayəndələri iştirak edirdilər.

Gürcüstanın Xalq Müdafiəçisi Uça Nanuaşvilinin səlahiyyət müddəti bir neçə günə başa çatır.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register