Rəyi soruşulanların əksəriyyəti gürcü kanallarını izləmir

vakuumi

Marneulidə Tbilisidən 30 km-də və Marneuli rayonunun əsasən etnik azərbaycanlılar yaşayan ən uzaq kəndlərində də, demək olar ki, hər evin dam örütüyndə peyk antenaları montaj olunub. Yerli əhali deyir ki, antena vasitəsi ilə əsasən Azərbaycan və türk kanallarını izləyirlər. Regionda yaşayan etnik azərbaycanlılar arasında gürcü telekanallarının izləyicisi azdır. Səbəb isə dil maneəsidir: Kvemo Kartlidə yaşayan etnik azərbaycanlıların böyük hissəsi gürcü dilini bilmir. Milli-demoqrafik institut tərəfindən aparılan tədqiqata görə isə etnik azlıqların məskunlaşdığı regionlarda yaşayan çoxluq gürcü televerlişilərini izləmir.

Milli-demoqrafik institut tərəfindən aparılan tədqiqata görə isə etnik azlıqların məskunlaşdığı regionlarda yaşayan çoxluq gürcü tele verlişilərini izləmir. Medianın İnkişafı Fondunun direktoru Tamar Kintsuraşvilinin sözlərinə görə, ən əsas problem dil maneəsidir, məhz buna görə də İctimai Yayımçının rolu informasiya vakuumu olan zaman həll edicidir.

“Qanunla məzmunu milli azlıqların dilində yayımlamaq öhdəliyi olan kanal o kanaldır ki, vergi ödəyicilərinin pulu ilə maliyyələşir. Və onların öz öhdəliyini yerinə yetirməsi çox vacibdir”.

Medianın inkişafı Fondu sabah xüsusi araşdırmanın təqdimatını edəcək. Tədqiqat eləcə də Kvemo Kartlidə əhalinin onların yerli xəbərləri hansı vasitələrlə öyrəndikləri barədə məlumatlılıq səviyyəsini də göstərir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register