Asudə vaxtın yeknəsəqliyi

1

Aysun Əliyeva 10-cu sinif şagirdidir, onun dediyinə görə, istirahət günləri olanda çox sevinir, bu gün də məhz vaxtını özünə və ailə üzvlərinə həsr edəcəyi gündür.

Marneulidə çoxlu sayda ticarət obyektləri var, 15 yaşlı Aysun da bu gün bir az yüngülləşmək üçün geyim almağa gedəcək. Marneulidə əhali boş vaxtlarını keçirmək üçün heç bir kino, teatr və hər hansı bir əyləncə mərkəzi yoxdur. Bununla belə restoranlar, kafelər, qəlyan barları var ki, bura qızların getməsi qeyri-adi hal kimi qəbul edilir.
Biz əhalinin bu günkü günü necə keçirəcəkləri ilə maraqlandıq və sorğu keçirdik.

Marneuli Mədəniyyət Mərkəzinin direktoru Nato Şavişvili deyir ki, onların bütün fəaliyyəti Marneulinin mədəni həyatının inkişafına həsr olunub. Əhalinin iştirakına gəlincə isə, onun sözlərinə görə, indi bu sahədə fəallıq daha yüksəkdir.

“Keçirdiyimiz bütün tədbirlər mədəni həyatın inkişafı üçün müəyyən irəliləyişlər əldə etməyə yönəlib. Biz işləməyə başlayanda xalqın iştirakı, mədəniyyət mərkəzinin özü haqda məlumatlar çox az idi. Bu mərhələdə maksimum həddə olmasaq da, fikirləşirəm ki vəziyyət daha yaxşıdır. Xalq özü maraq göstərir, özləri gəlirlər”.

Şavişvilinin dediyinə görə, onların fəaliyyətində yaradıcı iş daha yüksək yer tuturdu, bu il isə daha çox tədris proqramlarının həyata keçirilməsini planlaşdırırlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register