Patriarxın öhdəliyini yerinə yetirən şəxs haqqında nə bilirik – Mitropolit Şio

cms-image-000015435

Bu gün, 23 noyabr tarixində, Gürcüstanın Provoslav kilsəsinin Patriarxı İkinci İlia taxtın öhdəliklərini yerinə yetirən şəxs olaraq Mitropolit Şionu təyin edib. O, Prezident Qiorqi Marqvelaşvili və biznesmen Levan Vasadzenin dostudur.

Senaki və Çxorodzğuo eparxiyasının Mitropoliti Şio (Mucir), eyni zamanda, Patriarxın kilsə yepiskopudur. Patriarxın cəmi üç kilsə yepiskopu var – Şio Mucirdən başqa, bu vəzifəni Teodore Cuadze və İaqob İaqobaşvili tutur. Patriarxlığın adı ilə məhz həmin şəxslərin və Patriarxın katibinin sərəncamlara imza atmaq hüququ var.

Mitropolit Şio (Bəşəriyyətdə Elizbar Teymurazın oğlu Muci) 49 yaşındadır. Tbilisinin 53-cü orta məktəbini bitirdikdən sonra (Paralel olaraq musiqi məktəbində oxuyub), 1988-ci ildən, Elizbar Mucir Tbilisi Dövlət Konservatoriyasında Violinçilik sinifində təhsilini davam etdirib.

Ona  rahib olaraq 1993-cü ildə, 1995-ci ildə Diakvan, 1996-cı ildə isə keşiş olaraq xeyir-dua verilib.

1998-ci ildə o, Batumi Müqəddəs İohan adına ruahnilər seminariyasını bitirib və təhsilini Moskva ruhanilər Akademiyasında qiyabi şöbədə davam etdirib.

2003-cü ildə Şio Yepiskop, 2009-cu ildə – Baş Yepiskop, 2010-cu ildə isə Mitropolit olub.

Mitropolit Şio 2013-cü ildə hökumət tərəfindən dəstəklənən “Demoqrafik Bərpa Fondu”nun nəzarət Şurasının üzvü olub. Şuraya həmçinin, biznesmenlər – Levan Vasadze, Laşa Papaşvili, Mamuka Xazardze, Badri Caparidze, Zaza Nişnianizde və “Palitra Media”nın təsisçilərindən biri və “Kviris Palitra”nın (Həftə Palitrası) Baş Redaktoru Qoqa Tevdoraşvili də daxil idilər.

2013-cü ildə, hal-hazırki Prezident Qiorqi Marqvelaşvili Təhsil naziri idi, o, Levan Vasadze ilə birgə Senakinin müqəddəs Aleksi Şuşiani adına Provoslav məktəb-gimnaziyasına gedib. Gimnaziyanı 2010-cu ildə Mitropolit Şio yaradıb.

Gürcüstanın Avtokefal Provoslav kilsəsinin idarə-icrası maddəsinə əsasən, ümum gürcüstanın Katolik-Patriarxının dünyasını dəyişməsi, istefa etməsi və ya başqa Patriarxın öz öhdəliyini yerinə yetirə bilməsini mümkünsüz edən belə səbəblərə görə, Katolik-Patriarx tərəfindən təyin olunan Patriarxın taxtında öhdəliyini yerinə yetirən şəxs kilsənin yeni Katolik Patriarxının seçilməsinə qədər idarə edir.

Patriarxın dünyasını dəyişməsindən 40 gün sonra, amma iki aydan gec olmadan, patriarxlıq taxtının öhdəliyini yerinə yetirən şəxs  Gürcüstan kilsəsinin geniş iclasını dəvət edir və orada ümum Gürcüstanın katolik-patriarxı seçilir.

Gürcüstan kilsəsinin geniş iclasından əvvəl yerarx müqəddəs Sinodu dəvət edir ki, patriarxlıq namizədlərini seçsin. Müqəddəs Sinod geniş iclasda təqdim olunacaq 3 namizəd seçir.

Mitropolit Şio 2017-ci ilin 9 martında Mitropolit Petre Tsaavanın məsələsinin müzakirə olunduğu Sinod iclasının katibi açıq şəkildə Patriarxın katib-referenti Şorena Tetruaşvili ilə mübahisə etdikdən sonra Patriarxlıq televiziyasının direktorunu vəzifəsindən azad ediblər.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register