Marneulidə zorakılıq qurbanlarının müraciət edəcəyi heç bir mexanizm yoxdur

zorakliq

2017-ci ildə Gürcüstanın Daxili İşlər Nazirliyi ailədə zorakılıq məsələsinə dair 3 137 saxlama orderi verib.

NetGazeti DİN-inin isnadən xəbər verir ki, 2017-ci ildə keçən illə müqayisədə verilən saxlama orderlərinin sayı 260,  2013-cü illə müqayisədə isə 2 190 ədəd artıb.

Dİ nazirinin müavini Nino Cavaxidzenin, Gürcüstan parlamentində insan hüquqları və mülki inteqrasiya komitəsində qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində həyata keçirilmiş işlərin qiymətləndirilməsi zamanı bildirdiyinə görə, saxlama orderlərinin sayı artıb.

2013-cü ildə – 227

2014-cü ildə – 817

2015-ci ildə– 2598

2016-cı ildə – 2877

2017-ci ilin (oktyabr ayına olan məlumata görə)  – 3 137

Nazir müavinin sözlərinə görə, 2017-ci ilin iyulundan saxlama orderi məhkəmə sübutu olaraq lazım olmayacaq və bunu polis edəcək və bu vacib, səmərəli tədbirdir.

Marneulili gender üzrə mütəxəssis Nona Samxaradze deyir ki, Marneulidə zorakılıq qurbanlarının müraciət edəcəyi, sığınacaq və ya müvafiq xidmət tələb edəcəyi heç bir mexanizm yoxdur.

“Beynəlxalq təşkilatlar, həmçinin xalq müdafiəçisinin nümayəndələri kimə müraciət edilməsi, hansı nömrəyə zəng vurulması barədə məlumat yayırlar. Lakin məndə olan məlumata görə müraciət çox azdır. Bu onu göstərmir ki, ailədə zorakılıq olmur. Bu Marneulidə cəmiyyətin qapalı olduğunu göstərir. Onlar polisə zəng vurub, kömək istəmirlər. Marneulidə bu istiqamətdə görüləsi çox işlər var. Əlbəttə qadınların çoxlu problemləri var. Ailədə zorakılığın qurbanıdırlar. Lakin bir tərəfdən onların nəyin qurbanı olduğu haqqında məlumatları yoxdur, digər tərəfdən zəng edə biləcəkləri dövlət xidmətlərinin mövcudluğundan xəbərləri yoxdur”.

Nonanın sözlərinə görə, maarifləndirmənin artırılması üçün müxtəlif institutların iştirakı vacibdir.

“Buna bütün institutlar qoşulmalıdır, yerli özünüidarə, xalq müdafiəçisinin nümayəndəliyi bu sahədə işlərini daha da fəallaşdırmalıdır. Və Cəmiyyət özü buna dəstək olmalıdır. Məktəblərdə də danışılmalıdır bu barədə, müəllimlər də danışmalıdırlar. Hər kəs bilməlidir ki, qadına qarşı zorakılıq tətbiq etməyə kimsənin hüququ yoxdur. Statistkadan bilirik ki, kişilərə qarşı 300, qadınlara qarşı isə 3000 zorakılıq halı baş verib”.

Nona Samxaradzenin dediyinə görə, cəmiyyət ailədə zorakılıq faktına susmamalıdır, vacibdir ki, müdaxilə edilsin və qurbanın tərəfində olunsun.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register