Gürcüstanın bəzi rayonlarında sabah qar yağacağı gözlənilir
Gürcüstanın bəzi rayonlarında sabah, günü birinci yarısında çən olacaq, – bu haqda İPN-ə Ətraf Mühitin Mühafizəsi Agentliyinin hidrometroloji proqnozlar Mərkəzinin rəhbəri Svetlana Nioradze bildirib.
Onun məlumatına görə, sabah günü birinci yarısına qədər Qərbi Gürcüstanda Əsasən qar şəklində, çən gözlənilir. Şərqi Gürcüstanda bəzi yerlərdə qar gözlənilir. Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına görə, noyabrın 26-da ölkə ərazisinin bir çox hissələrində əsasən açıq hava olacaq.
Havanın temperaturu 26 noyabrda gecə saatlarında Qərbi Gürcüstanda bəzi yerlərdə ola bilsin 5 dərəcəyə qədər, Şərqi Gürcüstanda isə 9 dərəcəyə qədər enə bilər. Paytaxtda 2-4 dərəcə gözlənilir.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments