Tbilisi Şəhər Məhkəməsi 24 noyabrda terror təşkilatının üzvlüyündə ittiham olunan şəxsə önləyici tədbir olaraq həbs cəzası verib
“Əsaslandırılmış ehtimal var ki, ittiham olunan şəxs terror təşkilatı ilə birləşib. Bundan əlavə o, terror məqsədi ilə odlu silah, materiallar, partlayıcı maddələr əldə edib və onları üzərində gəzdirirmiş. Bugünkü iclas bağlandı, hakim bu haqda qərar qəbul etdi ki, anti terror tədbirində iştirak edən şəxslərin təhlükəsizliyi təmin olunsun. Verilən anti terror tədbirində DİN-in və DTX-nin əməkdaşları iştirak edirdilər. Həmin şəxslərin kimliyinin səslənməməsi və onların təhlükəsizliyinin mühafiəzsi üçün proses bağlandı. Eləcə də əlbəttə ki, istintaqdan da dolayı bağlanıb”, – bildirir İrakli Marşania.
O, Xüsusi təyinatlıların digər hansı ölkələrdə istintaq getdiyi və ya hansı terror təşkilatlarında birləşməkdə ittiham olunduqları haqda sorğu aparacaqları haqqında suala cavab verməyib.
Vəkil İmeda Karkaşadze deyir ki, önləyici tədbir haqqında həbsə dair məhkəmənin qərarını appelyasiyas məhkəməsinə şikayət edəcəklər.
marneulifm1106 Posts
0 Comments