Batumidə “Leogrand” mehmanxanasında yanğın baş verib

Batumidə “Leogrand” mehmanxanasında yanğın baş verib. Yanğın nəticəsində dörd nəfər dünyasını dəyişib.
“Netgazeti”nin verdiyi məlumata görə, dünyasını dəyişənlərin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. 10 nəfər vətəndaş intoksikasiya (zəhərlənmə) və müxtəlif dərəcəli xəsarətlərlə Batumi klinikalarına yerləşdirilib.
Yanğınla mübarizəyə Batumi yanğınsöndürənləri ilə birgə Kobuleti və Xelvaçauri yanğınsöndürənləri də cəlb olunub.
Yanxının baş verən zaman mehmanxanada “Miss Gürcüstan” müsabiqəsinin iştirakçıları da olub. Tədbirin təşkilatçısı İa Kitsmarişvilinin dediyinə görə, bütün müsabiqə iştirakçılarının vəziyyəti yaxşıdır.
marneulifm1106 Posts
0 Comments