Batumidə baş vermiş yanğına görə 27 noyabr matəm günü elan olundu

Gürcüstan hökumətinin qərarı ilə, 27 noyabr matəm günü olaraq elan olunub. Matəm günü, Batuminin “Leoqrant” mehmanxanasında dünyasını dəyişənlərin xatirəsinə hörmət olaraq Gürcüstanın ümum ərazisində dövlət bayraqları endiriləcək. Bu haqda bəyənatı Gürcüstanın Baş-Naziri Facebook səhifəsində yayımlayıb:
“Gürücstanın Baş-Naziri Qiorqi Kvirikaşvilinin və Gürcüstan hökumətinin qərarına əsasən, 2017-ci ilin 27 noyabr tarixi, Gürcüstan ərazisində matəm günü olaraq elan olunur. Gürcüstan hökuməti, ölkə əhalisi ilə birgə, Acarada, “Leoqrant” mehmanxanasında baş verən faciə zamanı dünyasını dəyişənlərə matəm saxlayır. Matəm günü, dünyasını dəyişənlərin xatirəsinə hörmət olaraq, Gürcüstanın ümum ərazisində dövlət bayraqları endiriləcək”, – deyilir bəyənatda.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments