Sadaxlı kəndində onillərdir mövcud olan qeyri-qanuni zibillik (FOTO)
Marneuli bələdiyyəsinin Sadaxlı kəndində zibil illərdir ki, qeyri-qanuni zibilliklərə atılır.
Həmin ərazidən “Bənövşə” çayı keçir ki, əhali tərəfindən atılan zibillər çaya qarışır.
“Supta Marneuli” MMC-nin direktoru Leri Mumladzenin bu zibilliklərlə bağlı məlumatı var, lakin büdcədə kifayət qədər pul olmadığından bu problemi həll edə bilmir.
Maliyyə-büdcə şöbəsinin rəhbəri Vüqar Məmmədovun dediyinə görə, 2018-ci ilin büdcəsində tullantıların idarə olunması üçün vəsait bir az artırılıb.
Havaların soyuq olmasına baxmayaraq zibillik ərazisi üfunət qoxuyur.
Sakinlərin dediyinə görə, kənddə heç vaxt zibil qutuları qoyulmayıb.
ფოტო მასალა რადიო “მარნეული”
marneulifm1106 Posts
0 Comments