Zibilli çay və bələdiyyənin məhdud imkanları

nagaviii

Sadaxlı kəndinin mərkəzindən bir neşə metrdə zibil çayı başlayır. Qeyri-qanuni zibillik Sadaxlı-Mollaoğlu yolunun bütün hissəsinə yayılıb və Bənövşə çayına axır. Dəhşətli qoxu, antisanitariya və çaya tökülən tullantılar. Sadaxlı sakinləri artıq bir neçə onllik ərzində bu şəraitdə yaşayırlar.

Sadaxlı kənd sakini 71 yaşlı kişinin dediyinə görə, o, həyatı boyu bilirmiş ki, zibili buraya atmalıdır. Zibil qutularının olmamasına görə isə bu günə qədər məişət tuallantılarından belə azad olurlar. “Təmiz Marneuli”-nin direktoru Leri Mumladzenin sözlərinə görə, onlar Sadaxlı kəndinin zibilliyi haqqında məlumat alıblar amma indiyə kimi heç bir təmizlik işləri aparmayıblar.

“Məlumatımız var, icra hakimiyyəti özü də oranı təmizləmək istəyirdi, çox pis vəziyyətdir, nə olacaq bilmirəm.  Yeni ildən sonra vəsait ayrılsın, bizim tərəfimizdən texniki olaraq nə kömək lazımdırsa edəcəyik”.

მოლაოგლი

Eləcə də Leri Mumladze qeyd etdi ki, onun xidməti Marneuli Bələdiyyəsinin 40- 45%-nə xidmət edir. Qeyri leqal zibilliklər isə olduqca çoxdur, amma Onların təmizlənməsi üçün isə heç bir imkan çatmır. Marneuli bələdiyyəsinin maliyyə-büdcə şöbəsinin rəhəbri Vüqar Məmmədovun sözlərinə görə, büdcə layihəsi bələdiyyə məclisində 14 noyabr qədər təqdim olunub və orada keçən illərlə müqayisədə təmizlik üçün ayrılan məbləğlər biraz artırılıb.

“Bu illə müqayisədə artırılıb. Lakin 10 dekabra qədər yeni mer  büdcəni yenə də müzakirə edə bilər. Necə olacaq, nə cür olacaq, artıq 10 dekabrdan sonra bilinəcək”.

Marneulinin yeni seçilən meri Temur Abazov tullantıların qaydaya salınması üçün büdcədən əlavə məbləğ ayıracaqmı bunu dekabrın 10-dan sonra biləcik.

Qafqaz ətraf mühitin mühafizəsi qht-lər şəbəkəsinin nümayəndəsi Nino Tevzadzenin sözlərinə görə, qeyr qanuni zibilliklər Marneulilər üçün deyil bütün bələdiyyələr üçün problemdir. Çünki heç bir region əhalinin tullantıları tam toplamasını təmin etmir.

“Bildiyiniz kimi hal-hazırda tullantıların idarəolunmasının 5 illik planı üzərində işlər gedir. Həmin planda belə yerlər, yəni qeyri-qanuni zibil atılan yerlər öz əksini tapacaq və onların mərhələli şəkildə təmizlənməsi də bələdiyyənin vəzifəsidir ki, bu da məcəllədə və strateji fəaliyyət planında qeyd olunub”.

მოლაოგლი

Nino Tevzadze eləcə də deyir ki, qeyri qanuni zibilliklərdən başqa bu həmdə antisanitariya mənbəyidir və həşəratları da cəlb edir, bəzi hallarda zibilliyin yerindən dolayı suyun çirklənməsinə də səbəb ola bilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register