Bələdiyyə məclisinin iclasları haqqında əhaliyə bir həftə əvvəl məlumat verilməlidir
24 noyabrda Marneuli meriasının altıncı çağırış bələdiyyə məclisinin növbədən kənar iclası baş tutub. Bələdiyyə məclisinin aparatının rəhbəri Nino Beridzenin sözlərinə görə, bu ilk iclasın davamı imiş.
Bu haqda Marneuli Radiosuna heç kim məlumat verməmişdi. Marneuli bələdiyyəsinin bələdiyyə məclisi reqlamentinin 134-cü maddəsinə əsasən – bələdiyyə məclisi bürosu, yeri, iclasın vaxtı və gün qrafiki haqqında və müzakirə olunacaq məsələlərələ maraqlanan şəxslər tərəfindən fikir bildirmə müddəti haqqında – müvafiq iclasın keçirilməsindən 7 gün əvvəl məlumat verilməlidir. Nino Beridzenin dediyinə görə, 24 noyabrda keçirilən bələdiyyə məclisinin iclası növbədənkənar olub və ona görə də tezləşdirilmiş qaydada planlaşdırılıb.
“Aparat elə həmin gün səhər saatlarında öyrəndi ki, növbədənkənar iclas keçiriləcək. Başa çatan kimi də sayta yerləşdirildi”.
24 noyabrda keçirilən bələdiyyə məclisinin iclasının keçirilməsi haqqında məlumat Marneuli bələdiyyəsinin rəsmi veb səhifəsinə merianın piar şöbəsinin rəhbərinin sözlərinə görə təqribən saat 1 də yerləşdirilib. Facebook səhifəsində isə sonradan yayımlayıblar.
Əhməd İmamquliyev altıncı çağırış bələdiyyə məclisinin deputatlarından biridir. O, 24 noyabrda baş tutan bələdiyyə məclisinin iclası haqqında məlumatı məhz bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridzedən 23 noyabr tarixində alıb.
“Axşamüstü saat 18:40-da, yəni yeddiyə 10 dəqiqə qalmış sms gəldi ki, salam sabah saat 3 də bələdiyyə məclisinin iclası var xahiş edirik ki iştirak edəsiniz”.
Planlaşdırılmış bələdiyyə məclisinin iclasları və əhalinin məlumatlanadırılması Beridzenin dediyinə görə, onların səlahiyyətinə daxidlir. Qanun çərçivəsində 7 gün əvvəl əhaliyə məlumat verilməlidir.
Beridzenin fikrinə görə, bələdiyyə məclisinin iclasları haqqında məlumat müəyyən olunan vaxtda bələdiyyənin veb səhifəsi marneuli.gov.ge-yə yüklənir. Ancaq veb səhifəyə daxil olub baxsaq görərik ki, 20 noyabr tarixində keçirilən altıncı çağırış bələdiyyə məclisinin ilk iclası haqqında məlumat həmin gün noyabrın 20-də yerləşdirilib.
“Şəffaflıq Gürcüstan”ın hüquqşünası Tamta Kaxidzenin sözlərinə görə bələdiyyə məclisi maksimum dərəcədə cəmiyyətin qoşulmasını təmin etməyə məcburdur.
“Məhz buna görə bələdiyyə məclisinin ictimailəşdirilməsi qaydaları təyin olunub. Orada iştirak etməlidirlər və əhali öz mövqeyini bildirməlidir. Reqlamentdə birbaşa yazılıb ki, 7 gün əvvəldən əhaliyə məlumat verməlidirlər”.
Kaxidzenin sözlərinə görə bələdiyyə məclisinin iclasında maksimum dərəcədə cəmiyyətin qeydləri nəzərə alınmalıdır.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments