Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində idmançılarımızın uğurları günbəgün artır

idman

Bu gün, 27 noyabr tarixində Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğı ölkəmizin idman şərəfinin artmasına, dünyada idman ölkəsi kimi tanınmasına səbəb olub.

idman

Bu fikri Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov bu ilin oktyabrında Barselonada karatenin kyokuşin növü üzrə keçirilən Avropa çempionatının qalibi Kəmalə Məmmədova və Antalyada keçirilən boks üzrə gənclər arasında Avropa çempionatının qızıl medalçısı Sahil Allahverdiyev, eləcə də Gürcüstanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

idman1

Görüşdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Mahir Dərziyev, Ruslan Hacıyev, Tamaz Naveriani və digər rəsmi şəxslər də iştirak ediblər.

idman3

Səfir Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirildiyini vurğulayaraq deyib: “Bu qayğının nəticəsidir ki, idmançılarımızın uğurları günbəgün artır. Bu gün respublikamızın bütün rayonlarında müasir idman kompleksləri inşa olunaraq istifadəyə verilib. Azərbaycan I Avropa Oyunlarını, Formula-1, IV İslam Həmrəyliyi Oyunlarını və digər beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməklə dünyanın idman ölkələri sırasında layiqli yer tutub”.

idman4

Dursun Həsənov bu cür yarışların təşkilində və ölkəmizdə idmanın inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib. Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısından danışan səfir istər ölkəmizdə, istərsə də Gürcüstanda idmanın inkişafında SOCAR-ın rolunu vurğulayıb. Bildirib ki, SOCAR Azərbaycanda və Gürcüstanda bir neçə idman federasiyasına sponsorluq edir. “Biz hamımız SOCAR-ın idmana qayğısı nəticəsində əldə olunan uğurların şahidiyik. Sevindirici haldır ki, Gürcüstanda yaşayan soydaşlarımız da göstərilən diqqət və qayğıdan bəhrələnərək yüksək nəticələr qazanıblar. K.Məmmədova və S.Allahverdiyevin qazandıqları uğurlar buna bariz nümunədir”, – deyə o əlavə edib.

idman5

Diplomat Gürcüstanda yaşayan soydaşlarımızın bundan sonra da böyük uğurlar qazanacaqlarına ümidvar olduğunu bildirib, idmançılara və onların məşqçilərinə uğurlar arzulayıb.

idman2

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edərək idmançıları təbrik edib. O deyib ki, SOCAR təkcə Azərbaycanda deyil, qonşu və dost Gürcüstanda da elmin, təhsilin və idmanın inkişafına böyük önəm verir. Azərbaycan Prezidentinin də dediyi kimi, məqsəd neft kapitalını insan kapitalına çevirməkdir. Bunun üçün də əlimizdən gələni edəcəyik.

idman6

SOCAR-ın prezidenti gürcüstanlı idmançıları Azərbaycanın “Neftçi” klubu ilə əməkdaşlığa dəvət edib.

idman7

Sonra idmançılara hədiyyələr təqdim olunub. Hədiyyələri səfir Dursun Həsənov, Rövnəq Abdullayev, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Teymur Abbasov, deputatlar və digərləri təqdim ediblər.

idman8

İdmançılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

Mənbə: AzərTac

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register