1990-cı illərdən 2014-cü ilə qədər 31000 qız dünyaya gəlməyib

გოგოები

Kvemo Kartlidə gender bərabərliyinin gücləndirilməsi – kommunikasiya kampaniyası başlayır və onun çərçivəsində 27 noyabr tarixində Marneuli Bələdiyyəsinin ictimai kitabxanasında foto sərgi keçirildi. Sərgidə maraqlanan şəxslər Dina Oqanovanın “Qız dünyaya gəldi” sənədli foto layihəsini nəzərdən keçirə bilərdilər. Layihə Tbilisidə, Kaxeti və Kvemo Kartlidə yaşayan və yalnız qız övladı olan ailələr haqqında məlumat daşıyırdı. Kommunikasiya kampaniyası oğlan uşaqlarına üstünlük verməyin prevensiyası və gender bərabərliyinin gücləndirilməsi məqsədi daşıyır və Avropa İttifaqı tərəfindən maliyyələşən  “Gender işarəsi ilə cinsin seçilməsi prevensiyası və gender bərabərliyinin gücləndirilməsi üçün” qlobal proqramın bir hissəsidir. Proqram BMT-nin Xalq Fondunun (UNFPA) tərəfindən Gürcüstanın beş bölgəsindədir. BMT-nin Xalq Fondunun (UNFPA) Gürcüstan ofisinin rəhbəri Lela Bakradze deyir ki: “Kampaniyanın məqsədi gender işarəsi ilə cinsin oğlanların xeyrinə seçilməsi kimi zərərli təcrübəni aradan qaldırmaqdır. Doğulan oğlanların sayı artmaqdadır, ancaq doğulan qızların sayı azalmaqdadır. Gürcüstanda 1990-cı ildən başlayaraq bu təcrübə özünü göstərir. Bu isə pozulmuş göstəricinin yaranmasına səbəb olub və bütün bu zaman ərzində norma çərçivəsindən olduqca çox oğlan doğulurdu. Statistik göstəricilərə görə təqribən 90-cı illərdən 2014-cü ilə qədər 31000 qız doğulmayıb. Cəmiyyət üçün təsir olduqca böyükdür və bu gender diskriminasiyasının böyük təsiridir. Bu bizim gələcək nəsilə  və ölkənin demoqrafik vəziyyətinə olduqca böyük təsir göstərəcək, doğumun azalmasına səbəb olacaq, zorakılığı  və qadınların daha çox diskriminasiyaya uğramasını artıracaq. Vacibdir ki, bu problem haqqında danışaq və cəmiyyətlə ünsiyyətə başlayaq. Oğlana üstünlük vermək stereotipini aradan qaldıraq və cəmiyyətin yanaşmasını və hərəkətini dəyişək”. 

ტრენინგი

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register