Tbilisidə xüsusi əməliyyat zamanı öldürülən şəxslərdən biri həqiqətən Axmed Çataevdir – Umar İdiqov
Tbilisidə xüsusi əməliyyat zamanı öldürülən şəxslərdən biri həqiqətən Axmed Çataevdir, – bu haqda “Qafqazskiy Uzel” nəşriyyatı nın müxbirinə “Qafqaz Xalqlarının inteqrasiyası Fondu”nun Prezidenti, Umar İdiqov bildirib.
“Tbilisidə Axmed Çataev həlak olub, indi buna əminəm…Bu haqda mən onun yaxınlarından eşitdim. Mən gözləmirdim ki, Gürcüstana getməsi halında Çataev mənimlə əlaqə saxlamasın. Bizim yaxın münasibətimiz var idi, amma, niyəsə o, mənimlə əlaqə saxlamadı”, – bildirir Umar İdiqov.
İPN-nin verdiyi məlumata görə, İdiqov bildirib ki, o, xüsusi əməliyyat zamanı binada Çataev və iki nəfər Dağıstanlının olduğunu bilmirmiş, çünki, terroda şübhəli bilinənlərlə danışıqlar olmayıb.
“Hərbçilər böyük kalibrli silahdan istifadə ediblər və atəşin dayandırılmasına etiraz ediblər, əks halda razılıq mütləq olardı. Terrorda şübhəli bilinənlərin Gürcüstan ərazisində hansısa ciddi planları olmayıb, əks halda onlar evi kirayə verənləri əsir götürərdilər və öz tələblərini və mesajlarını bildirərdilər”, – deyir İdiqov.
Mənbə: İpn.ge
marneulifm1106 Posts
0 Comments