Marneuli 1 saylı məktəbin tikintisi üçün tender baş tutmayıb

marneuli 1 sayli ictimi mektebi

Marneulinin 1 saylı ictimai məktəbinin tikintisi üçün Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyi 2017-ci ilin Avqust ayında tender elan edib. Tenderin dəyəri 1 milyon 388 min 490.00 lari təşkil edirdi. Təhsil və Elmi İnfrastrukturun İnkişafı Agentliyinin direktor müavini Qiorqi Tinadzenin dediyinə görə, Marneuli 1 saylı məktəbin tenderi mənfi nəticələnib. Tenderdə 4 şirkət iştirak edib və texniki sənədləşməyə görə dördü də ixrac edilib. Marneuli 1 saylı məktəbin tikintisi üçün təkrar tender gələn həftə elan olunacaq.

Məktəbin direktoru Ketevan Merabişvilinin dediyinə görə, 1930-cu ildən sonra məktəbdə heç bir təmir işləri aparılmayıb. Onun qeyd edib ki, orada təhsil almaq mümkün deyilmiş və Gürcüstanın Elm və Təhsil Nazirliyinə 3-4 il əvvəl müraciət edibərmiş Hal-hazırda məktəb şagirdləri 8 saylı ictimai məktəbin binasında təhsillərini davam etdirirlər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register