Olqa Endeladze – “Qızların sayının az olmasına görə kəndlərdə onlarla tez evlənmək istəyirlər”
Səbinə Talıbova illərdir ki Marneulidə Qeyri Hökumət sektorunda fəal şəkildə çalışır. Onu məsuliyyətli fəal Marneulili qadın da adlandırırlar. O, dörd qız anasıdır. O, öz işi ilə öz nümunəsində illərdir yaranmış qadının işi evidir və qadın ailəyə oğlan övlad bəxş etməlidir kimi stereotipləri qırır.
“Bizim ailədə belə bir söhbət heç vaxt olmayıb. Öz aramızda da, yaxınlarımızda da belə bir şey olmayıb. Əlbəttə, kənardan deyən olub ki oğlan olsaydı yaxşı olardı. Amma öz ailəmizdə seçim olmayıb, nə də təzyiq olmayıb.”
Səbinə çoxuşaqlı ailədə böyüyüb. Onlar dörd bacı olublar və sonradan qardaşları dünyaya gəlib. Səbinə deyir ki, bu xüsusi planlaşdırılmış şəkildə olmayıb.
Qeyri Hökumət sektorunda çalışan, qadınların hüququnu qoruyan Olqa Endeladze də qeyri-planlı şəkildə üç oğul və üç əkiz qız dünyaya gətirib.
“Mən heç bir şey planlaşdırmırdım. Ancaq dəfələrlə eşitmiəm ki, qadınlar deyirdilər ki, uşağın qız olduğunu bilə-bilə niyə kürtaj etdirmirəm. Mənə belə suallar verirdilər”.
Səbinə Talıbova ətrafında seçimə görə qızların doğulmasına etiraz edən insana rast gəlməyib. Əksinə oğlan doğulmasını arzulamayanlara rast gəlib. Olqa Endeladze Marneuli kəndlərində dəfələrlə erkən evlilik mövzusunda görüşlər keçirib. O, deyir ki, statistika problemi özündə əks etdirir və kəndlərdə qızların erkən evliliyinə özünəməxsus yanaşma mövcuddur.
“Maraqlı fakt odur ki, biz kəndlərdə erkən evliliyin prevensiyasına dair fokus qrup keçirəndə mövzulardan biri gənc oğlanın mütləq subay qızla evlənməsi idi. İlk problem deyilənə görə o idi ki, qız uşaqlarının sayı həqiqətən də azdır. Ona görə də yetkinlik yaşına çatmayan qızla evlənməsələr arvadsız qalırlar. Kəndlərdə oğlanarın sayı qızlardan çoxdur. Bizim statistik məlumatımız yoxdur ancaq öyrəndik ki, bu problem mövcuddur”.
Biz Marneuli sakinləri arasında cinsiyyətə görə hamiləliyin dayandırılması mövzusunda sorğu keçirdik. Gürcüstanda qız olduğuna görə 31 000 hamiləliyin dayandırılması faktı ilə bağlı məlumatlarının olub-olmaması və nə üçün tez-tez gender əlamətinə görə cinsiyyətin seçilməsi barədə suala əsasən qadınlar fəal şəkildə cavab verirdilər.
BMT-nin əhali fondunun Gürcüstan ofisinin rəhbəri Lela Bakradze 90-cı illərdən 2014-cü ilədək Gürcüstanda 31 000 hamiləliyin qız olmasına görə dayandırılması barədə statistikanı vurğuladı və bildirdi ki, bu hal cəmiyyətə böyük təsir göstərir və bu cinsi ayrı-seçkiliyin ən ağır formasıdır. “Bunun gələcək nəsillərimizə və ölkəmizin demoqrafik vəziyyətinə çox böyük təsiri var. Bu artımın azalmasına, zorakılığın artmasına və qadınların daha çox diskriminasiyasına səbəb olur. Kişilərin üstünlüyü stereotipini rədd etmək və cəmiyyətin münasibətini dəyişmək üçün bu problem haqqında marifləndirmə işlərinin artırılması və cəmiyyətlə əlaqə yaradılması vacibdir.” – deyə Bakradze bildirib.
marneulifm1106 Posts
0 Comments