Hakimiyyət Patriarxlığa Marneuli və Dedoplistskaro bələdiyyəsində torpaq sahəsi hədiyyə edib
Gürcüstan hakimiyyəti Patriarxlığa Dedoplistskaro və Marneuli bələdiyyəsində daşınmaz əmlak hədiyyə edib.
Gürcüstan hakimiyyəti noyabrın 3-də verdiyi sərəncamla Marneuli bələdiyyəsində yerləşən 10 151 kvadrat metrlik qeyri-kənd təsərrüfatı təyinatlı sahəni ödənişsiz olaraq Patriarxlığın mülkiyyətinə verib.
Hakimiyyətin digər bir sərəncamı ilə Dedplistskaro bələdiyyəsinin Maçxaani kəndində yerləşən 693 kvadrat metr torpaq sahəsini patriarxlığa hədiyyə edilib.
Məmbə: Netgazeti
marneulifm1106 Posts
0 Comments