Sakrebuloda yanacaq və ünsiyyət kartları limitinin təyin olunması haqqında bu gün müzakirə aparacaqlar

sakrebulos-sxdoma

Marneuli Bələdiyyəsinin növbədən kənar iclası bu gün saat 16:00-da baş tutacaq.

Sakrebulonun növbədən kənar iclası haqqında anons bələdiyyənin səhifəsinə 28 noyabr tarixində yerləşdirilib. Səhifənin göstəricilərinə əsasən məlumatı 7 nəfər internet istifadəçisi görüb.

51-ci maddəyə, “növbədən kənar iclasın çağırışı” əsasən sakrebulonun sədri tələbin təqdim olunmasından üç gün müddətində növbədən kənar iclasın çağırılması haqqında məlumat yayımlayır və tələbin (təklifin) təqdim edilməsindən bir həftə müddətində sakrebulonu növbədən kənar iclasa çağırır və ya tələbin (təklifin) təqdim olunmasından üç gün müddətində mənfi cavab yayımlayır.

Həmçinin, gün qrafiki də səhifəyə yerləşdirilib və indiyə kimi bu məlumatı görənlərin sayı 71 nəfərdir.

Gün qrafikinə əsasən deputatlar sonrakı məsələləri müzakirə edəcəklər:

“Avropalı Gürcüstan” Fraksiyası – “Azadlıq üçün hərəkat”ın təsis edilməsi haqqında.

/Məruzəçi: Riçard Qiqani/

 

Marneuli Bələdiyyəsinin sakrebulo komissiyasının tərkibinin təsdiqlənməsi haqqında.

/Komissiya sədrləri/

 

Marneuli Bələdiyyəsinin sakrebulosu üçün yanacaq və ünsiyyət kartlarının limitinin təyin olunması haqqında

/Məruzəçi: R. Tabatadze/

 

Marneuli Bələdiyyəsinin meriyası üçün yanacaq və ünsiyyət kartlarının limitinin təyin olunması haqqında

/Məruzəçi: R. Tabatadze/

Marneuli Bələdiyyəsinin merinin 2017-ci il 20 noyabr N03/12964 məktubunun müzakirəsi haqqında

/Məruzəçi: Q. Qiorqadze/

 

Özünüidarəetmə haqqında qanunun 118-ci maddəsinin “Sakrebulonun, Sakrebulo Komissiyasının, sakrebulonun müvəqqəti iş qrupunun iclaslarında vətəndaşların iştirakı qaydası”na əsasən:

  1. Hər bir şəxsin hüququ var ki, əvvəlcədən icazə almadan sakrebuloda, sakrebulo komissiyasının, sakrebulonun müvəqqəti iş qrupunun açıq iclaslarında iştirak etsin.
  2. Sakrebulonun, sakrebulo komissiyasının, sakrebulonun müvəqqəti iş qrupunun iclasları zalında iclasda iştirak etmək istəyənlər vətəndaşlar üçün yerlər ayrılmalıdır. Əgər iştirak etmək istəyənlərin sayı ayrılan yerin sayından çox olarsa, sakrebulo aparatı iclasın yayımlanmasını və ya onların əlində olan texniki vasitələrdən istifadə etməni təmin etməyə məcburdur. Həmin vasitələr iclas iştirakçılarına iclasın gedişatını dinləməyə imkan yaradacaq.
  1. Sakrebulonun, sakrebulo komissiyasının, sakrebulonun müvəqqəti iş qrupunun iclasında iştirak edən şəxsin əvvəlcədən icazə almadan, yalnız iclas sədrinin razılığı ilə hüququ var ki, reqlamentin 57-ci maddəsi ilə təyin olunmuş qaydaya əsasən və reqlamentin 59-cu maddəsi ilə müəyyən olunmuş çıxış etmək müddətini qorumaqla, məruzəçiyə sual və izahat versin, bəyənat və ya məlumat yaxud müraciət etsin.
  1. Özünüidarə vahidlərində qeydiyyatdan keçmiş seçicinin, ictimai, siyasi təşkilatların, hüquqi şəxslərin və vətəndaş qruplarının nümayəndələrinin hüququ var ki, məruzəçi və ya onun dəstəkçisi olaraq çıxış etsin, eləcə də Sakrebulonun, sakrebulo komissiyasının, sakrebulonun müvəqqəti iş qrupunun iclasında məsələnin müzakirə debatında iştirak etsin. Bu hüququdan istifadə etmək üçün özünüidarə vahidində qeydiyyatdan keçmiş seçici, ictimai, siyasi təşkilatların, hüquqi şəxslərin və vətəndaş qruplarının nümayəndələri məcburdurlar ki, iclasa qədər 2 gün əvvəldən yazılı şəkildə sakrebulo aparatına müraciət etsinlər.
  1. Sakrebulonun, sakrebulo komissiyasının, sakrebulonun müvəqqəti iş qrupunun iclasında iştirak edən (iştirakçı) şəxs məcburdur ki, reqlamentin 65-ci maddəsi ilə müəyyən olunmuş iclasda qrafk müdafiə etmək qaydalarına riayət etməlidir.
  1. Hamının hüququ var ki, kimliyini qeyd etməklə və ya ondan kənar Sakrebuloya, sakrebulo bürosuna, sakrebulonun müvəqqəti iş qrupuna, yerli özünüidarəetmədə vəzifəli şəxslərə şəxsi fikrini bildirsin və onların səlahiyyətlərinə aid məsələlərlə bağlı fikir bildirsin.

134-cü maddəyə əsasən – Sakrebulo, sakrebulo bürosu, sakrebulo komissiyasının iclasının keçirilmə yeri, vaxtı və gün qrafiki haqqında məlumat və müzakirə olunacaq məsələlərlə maraqlanan şəxslər tərəfindən fikir bildirmək müddəti haqqında bilgi – müvafiq iclasın keçirilməsinə qədər 7 gün əvvəl olmalıdır.       Nino Beridzenin dediyi kimi, 24 noyabrda keçirilən sakrebulo iclası növbədən kənar idi və tələsik qayda ilə planlaşdırıldı.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register