Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlının 2017-ci il 29 may tarixində Tbilisinin mərkəzindən yoxa çıxmasından tam 6 ay keçir. Bu faktla bağlı Xalq Müdafiəçisi Aparatı bəyənat yayır və keçən 6 ay ərzində həyata keçirilmiş istintaqı dəyərləndirir.

загружено

“2017-ci ilin 20 iyulundan, Xalq Müdafiəçisinin təklifinin bir hissəsini nəzərə alaraq, Əfqan Muxtarlının işi istintaq üçün Gürcüstanın Baş Prokurorluğunun istintaq hissəsinə verilib. Ancaq, Prokurorluq bu günə qədər təklifin Xalq Müdafiəçisinin prossesual hüquqlardan istifadə etməsini təmin etmək üçün, Əfqan Muxtarlıya zərərçəkmiş statusunun verilməsini tələb etdiyi hissəni  paylaşmayıb”, – deyilir Uça Nanuaşvilinin bəyənatında.

Xalq Müdafiəçisi Aparatının dəyərləndirməsinə görə, prokurorluq bu günə qədər  CM ilə nəzərdə tutulmuş cinayəti ağırlaşdıran durumları öyrənməyib. Buna qeyri-qanuni şəkildə, razılaşmış qrup tərəfindən azadlıqdan məhrum edilmə, zərərçəkənin xaricə aparılması və ya təşkilatlanmış qrup tərəfindən zərərçəkənin xaricə aparılması kimi hallar daxildir. Xalq Müdafiəçisi qeyd edir ki, Gürcüstanın CM-nin proses qanunvericiliyi imkan verir ki, istintaq müstəntiqin/prokurorun məlumat  əldə etdiyi cinayət haqqında istintaq başlasın. Müzakirə olunacaq halda, Əfqan Muxtarlı Azərbaycanda saxlanılan kimi qeyd etmişdi ki, onun qaçırılması və Azərbaycan tərəfinə təhvil verilməsi qrup şəklində həyata keçirildi. Müvafiq olaraq, ön şərt var idi ki, istintaq Gürcüstanın CM-nin 143-cü maddəsinin qeyd olunan cinayəti ağırlaşdıran müvafiq işarəsini nəzərdə tutan aşağı bəndi ilə başlasın. Xalq Müdafiəçisi prokurorluğu çağırır ki, ağırlaşdırıcı halları nəzərə alaraq, gedən istintaq çərçivəsində cinayətin kvalifikasiyasını dəyişsin.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register