Anaklia portu “Tbilisi ipək yolu” forumu çərçivəsində, Azərbaycan və Qazaxıstan portları ilə əməkdaşlıq memorandum imzalayıb. Bu haqda “Anaklianın İnkişaf Konsorsiumu” bəyənat yayır.
“Qarşılıqlı əməkdaşlıq memorandumunu Bakı beynəlxalq ticarət dəniz portu və Qazaxıstan portu Kurikin nümayəndələri ilə birgə, “Anaklianın İnkişaf Konsorsiumu”nun Baş direktoru Levan Axvlediani imzalayıb. Bakı portu tərəfindən memorandumu, portun Baş direktoru Taleh Ziyadov imzalayıb. Kurik portundan əməkdaşlıq haqqında razılığa Qazaxıstan tərəfindən portun Baş direktorunun müavini Talqat Ospanov və “Seimurq İnvest”in Baş direktoru İsgəndər Abdulxaliqov imzalayıblar”, – deyilir Anaklianın İnkişaf Konsorsiumu” tərəfindən yayılan bəyənatda.
Bəyənatda qeyd olunduğu kimi, portlar arasında razılıq, Trans-Xəzər Dəhlizinin inkişafı və Anaklianın tikintisi başa çatan kimi, yük daşımaq üçün rəqabətlilik şərtləri yaradanaq. Bundan əlavə, yaxın gələcəkdə Anaklia portu oxşar memorandumun Ruminya portu Konstansa limanı ilə də bağlanmasını planlaşdırır.
Anaklianın uzun illik portunun tikintisi 2017-ci ilin 20 dekabrında başlayır. Portun ilk fazasının açılışı və limanda ilk gəmilərin qəbulu 2021-ci ildə planlaşdırılır.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments