Parlament Nino Lomcarianı Xalq Müdafiəçisi olaraq seçib

lomcaria

30 noyabrda, Gürcüstan Parlamenti Xalq Müdafiəçisi olaraq Nino Lomcarianı seçib. Onun namizədliyini 96 deputat dəstəkləyib, 5 deputat isə əleyhinə səs verib.

Lomcarianın rəqibi, Vətənpərvərlər Alyansının təqdim etdiyi Qiorqi Vepxvadze 20 deputatın dəstəyini alıb, 27 deputat isə əleyhinə səs verib.

Nino Lomcarianın namizədliyini Parlamentə, Parlement çoxluğu təqdim edib. Fəaliyyətdə olan Xalq Müdafiəçisi Uça Nanuaşvilinin səlahiyyət müddəti 7 dekabrda başa çatır.

http://www.feminism-boell.org-da yayımlanan məlumata görə, Nino Lomcarianın tərcümeyi-halı belədir. O, illər ərzində “Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyətinin” (İSFEED) rəhbəri olaraq çalışıb:

Təhsil: Hüquqşünas, hüquq üzrə magistr

Araşdırma maraqları/çalışma mövzuları: Seçki sistemləri, yaxşı idarəçilik, siyasi hüquqlar, qadın hüquqları, söz azadlığı, hakimiyyətin işinin şəffaflığı, rüşvətə qarşı tədqiqatlar.

Dillər: Gürcü (Ana dili), ingilis, rus.

Tərcümeyi-halı:

Nino Lomcaria Sent Luisdə, Vaşinqton Universitetinin hüquq üzrə magistr məzunudur (2011), eləcə də Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquqçünaslıq üzrə magistr dərəcəsini qazanıb (2006).

2011-ci ildən 2015-ci ilə qədər Nino Lomcaria QHT “Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyətinin” (İSFEED) icraçı direktoru vəzifəsini tuturmuş. 2015-ci ildən Avropa Beynəlxalq Müşahidəçilər şəbəkəsinin, ENEMO-nun Baş Katibidir. Təşkilat 17 ölkənin 22 QHT-ni birləşdirir. Bundan əlavə, Nino Lomcaria 2014-cü ildən Avropa Müşahidəçilər Təşkilatı EPDE-nin icra hakimiyyəti üzvüdür.

2004-2008-ci illərdə Nino Lomcaria Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasında hüquqşünas vəzifəsində yaxşı idarəçilik, insan hüquqları, medianın azadlığı, məlumatın əlçatanlığı və rüşvətə qarşı məsələlər üzərində çalışıb. 2008-2010-cu illərdə, həmin təşkilatda seçki layihələrinin meneceri olaraq çalışıb. Vəzifə təşkilatın müşahidə, seçicilərin təhsili və mülki qoşulma layihəsinin idarəsindən ibarət imiş. 2010-cu ildə Vaşinqton Universitetinin hüquq proffesorunun tədqiqat asistenti vəzifəsini tuturmuş.

2016-2017-ci illərdə Lomcaria Dövlət Audit Xidmətində rəhbər müavini olaraq çalışıb.

Nino Lomcaria seçki monitorinqi, ictimai məlumatın əlçatanlığı, medianın şəffaflığı və rüşvətə qarşı mövzularda 15 araşdırmanın müəllifidir.

Mənbə: Netgazeti.ge

 

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register