Marixuanadan istifadə etmək qanunla cəzalandırılmayacaq

Konstitusia Məhkəməsi marixuanadan istifadə üçün cinayət məcəlləsi məsuliyyətinin istifadə olunmasını qeyri-konstitusional hesab edib. Gürcüstan Konstitusiyasının 16-cı maddəsinə əsasən, hər kəsin öz şəxsiyyətini azad inkişaf etdirmək hüququ var. Konstitusiyanın bu maddəsinə CM-nin 273-cü maddəsi ziddir. Maddədə deyilir ki, “Həkimin təlimatı olmadan kənar qeyri-qanuni istifadə” marixuananın istifadəsi hesab olunur. Biz maraqlandıq ki, Konstitusiya məhkəməsinin qərarı haqqında yerlilər nə düşünür. Çoxluq hesab edir ki, marixuananın istifadəsinə qərar verilməməlidir.
Qüvvədə olan CM-nin 272-ci maddəsinə əsasən, narkotik vasitələrin təkrar istifadəsi 1 ilə qədər azadlqıdan məhrum edilmə ilə cəzalandırılır. Həmin məcəllənin 260-cı maddəsinin birinci hissəsinə əsasən, əgər qeyd olunan şəxs marixuananın müəyyən miqdarını saxlayırsa, o, 11 ilə qədər azadlqıdan məhrum edilmə ilə cəzalandırıla bilər.
2017-ci ilin 30 noyabrında Gürcüstan Konstitusiya Məhkəməsinin birinci kollegiyası Gürcüstan vətəndaşı qivi Şenidzenin Parlamentə qarşı konstitusional şikayətinə bəraət verib.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments