Marneulidə qadın zorakılığına qarşı aksiya keçirildi

24252006_1384957581633224_584518800_n

Bu gün Marneulidə qadın otağı zorakılığa qarşı mübarizə üçün narıncı rəngli həftəliyə qoşuldu. Həftəlik çərçivəsində Marneuli Mədəniyyət Mərkəzindən Liberti Bank ərazisinə qədər yürüş təşkil olundu. Aksiyada Marneulinin bir neçə məktəbinin yuxarı sinif şagirdləri də iştirak edirdilər. Onlar əllərində banerlər və hava şarları tuturdular.

Banerlərdə şüar şəklində zorakılığa qarşı mübarizə üçün sözlər yazılmışdı. 11-ci sinif şagirdi Nata üçün oxşar aksiyada iştirak etmək əhəmiyyətlidir.

“Bugün buraya qadınlara dəstək üçün gəlmişəm. Sevinirəm ki, belə görüş keçirilir və daha çox olsa yaxşıdı”.

Aksiya Marneuli qadın otağı tərəfindən təşkil edilmişdi. Qadın otağının meneceri Rima Otaraşvili hesab edir ki, zorakılığı aradan qaldırmaq məktəb partasından başlamalıdır.

“Qadınlara və uşaqlara qarşı öz etibarımızı bildiririk. Gürcüstan qanunu hamını qoruyur. qadına və uşağa qarşı zorakılıq cinayətdir”.

Zorakılığa qarşı mübarizə həftəsi 25 noyabrda başlayıb və 10 dekabra qədər davam edəcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register