Mestiada döyülən kişi xəstəxanada dünyasını dəyişib
Mestiya Bələdiyyəsinin Lencer kəndində döyülən kişi xəstəxanada dünyasını dəyişib. Lencerinin icra başçısı, Vladimer Pilpanın dediyinə görə, kişini yerlilər yolda tapıblar. Onun məlumatına görə hadisə 27 noyabrda baş verib.
Mestia xəstəxanasından bildirirlər ki, xəstəyə həyati təhlükə yaradan zədələr qeydə alınırdı. Buna görə də onu xilas etmək mümkün olmayıb. Onların məlumatına görə, dübyasını dəyişən Kutaisidə morqa yerləşdirilib. Dİ nazirliyi baş verənlə bağlı CM-nin 117-ci maddəsi ilə istintaqa başlayıb. Maddə qəsdən sağlamlığa ağır zədə vurulmasını nəzərdə tutur.
Mənbə: İpn.ge
marneulifm1106 Posts
0 Comments