Bələdiyyənin rəsmi veb-səhifəsindən “AZE” düyməsi yoxa çıxıb

Marneuli Bələdiyyəsi Meriasının rəsmi veb-səhifəsi hələ də bərpa mərhələsindədir.
Veb-səhifənin bərpası üzərində çalışmalar artıq bir neçə aydır ki, gedir. Bu zaman ərzində veb-səhifənin rəngi və dizaynı dəyişdi, eləcə də “AZE” düyməsi əlavə olundu. Bu düymə ilə qaydaya əsasən Azərbaycan dili versiyasına keçməli idik. Amma bu funksiya çalışmırdı və veb-səhifənin Azərbaycan dilli versiyası da yox idi. Hal-hazırda Marneuli Bələdiyyəsinin rəsmi veb-səhifəsində Azərbaycan dilində Bələdiyyədə baş verən yeniliklər yayımlanır, ancaq səhifənin gürcü versiyasından Azərbaycan versiyasına keçməli olduğumuz düymə yoxa çıxıb.
“Marneuli” Radiosu
marneulifm1106 Posts
0 Comments