Kirovka məktəbinin vəziyyəti ilə Yaponiya səfirliyi maraqlanıb

იაპონია

Kirovka kəndinin ictimai məktəbi artıq 54 ildir ki, fəaliyyətdədir. Bu illər ərzində məktəbdə heç vaxt təmir işləri aparılmayıb. Sinif otaqlarında illərin izi hiss olunur. Məktəb qəza vəziyyətindədir. Xarab olmuş divarlar, yarı uçmuş döşəmə. Şagirdlər bu vəziyyətdə təhsil almalı olurlar.

Məktəb direktoru Xazein Musayevin dediyinə görə, 10 sinif otaqları var, ondan 6 sinifdə dərs prosesi gedir, ona görə də uşaqlar sinif olmadığından iki növbədə oxumalı olurlar. O, qeyd edir ki, yeni məktəb binası mütləq olacaq.

“Bina mart ayında olacaq, 7 sinif olacaq, layihə, hər şey var”.

2) Kirovka ictimai məktəbinin ətraf ərazisində üç kiçik tikili durur və qəza vəziyyətindədir. QHT “Buludsuz səma”nın nümayəndəsi Levan Buçukuri deyir ki, Kirovka məktəbinin tikintisi ilə Yaponiya səfirliyi maraqlanır. Binanın vəziyyəti öyrənilib və yeni məktəb binası tikməyi planlaşdırırlar.

“Təhsil Nazirliyi Marneuli rayonunda çoxlu məktəb təmir edir, tikir və sairə. Hər şeyi çatdıra bilmirlər. Buradan irəli gələrək, Qeyri-hökumət təşkilatları, xaricilər, konkret olaraq bu halda Yaponiya səfirliyi kömək etməkdə maraqlıdır. Orada təmirdən çox tikintidir. Üç kiçik binadır, daxma kimidir. Altımışıncı illərdə tikilib. İndi imkan daxilində bir bina tikilməlidir ki, məktəbə bir xeyri olsun”.

Məktəb direktorunun sözlərinə görə, yeni məktəb binası mart ayında olacaq, ancaq indi orada heç bir tikinti işi getmirdi. Kirovka Marneuli bələdiyyəsində yerləşir. Kənd məktəbinin indi 90 nəfər şagirdi var. Orada yalnız 9 sinif təhsil almaq imkanları var. 12-ci sinifi bitirmək üçün şagirdlər direktorun dediyinə görə, əsasən yaxın kəndlərə, Dəmyə-Görarxı və Sadaxlı məktəbinə gedirlər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register