Amerikalı Rayn Smitin pulsuz park salmaq istəyinə, bələdiyyə hələ də cavab verməyib
42-i yaşlı Amerikalı Rayn Smit 6 ildir ki, Marneulidə yaşayır. Onun burada şəxi biznesi var. O, Marneulidə illərdir ki, xalça biznesi ilə məşğul olur. Rayn Smitin 3 yaşlı bir uşağı var.
Uşağının əyləncəsi üçün Marneulidə uşaq parklarının olmamasına görə, Rayn övladını ya Bolnisiyə ya da ki, Tbilisiyə apardığını deyir. O, deyir ki, onlar Marneuliyə gələndə burada uşaqların oynaması üçün parkların, attraksionların olmamasının şahidi olublar.
Raynın sözlərinə görə o, bələdiyyəyə müraciət edib ki, Marneulidə uşaqlar üçün park salınsın. O parkın salınması üçün tanışlarından da maliyyə dəstəyi alaraq öz vəsaitləri ilə park salaraq Marneuliyə hədiyyə etmək istəyir.
Onun sözlərinə görə parkın tikilməsi üçün təxminən 30-35 min dollara yaxın vəsait lazımdır. O qeyd etdi ki, onun tərəfindən parkın salınması üçün yerli hökümətə Avqust ayında müracət edib və hələ də cavab gözləyir.
Biz Marneuli merinin birinci müavini ilə əlaqə saxladıq və o, bildirdi ki, bu vəzifəyə yeni təyin olunub və məsələ ilə bağlı bazar etəsi günü məlumat verəcək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments