Zaur Tabatadze birinci müavin vəzifəsini saxladı
Bu gün, Marneuli Bələdiyyəsinin meri Temur Abazov Meria əməkdaşlarına müavinlərini təqdim edib. Mer birinci müavini olaraq Zaur Tabatadzeni, ikinci müavini olaraq isə Laşa Lobjanidzeni təqdim edib. Üçüncü müavinə gəldikdə isə onun kimliyi yaxın gələcəkdə məlum olacaq.
Bu məlumat bizə Marneuli Bələdiyyəsinin Facebook səhifəsindən məlum oldu. Biz Temur Abazovla əlaqə saxlamağa çalışdıq ki, müavinlərin hansı prinsiplə seçildiyini aydınlaşdıraq. Ancaq o, hələ ki, bizim zənglərimizə cavab vermir.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments