Səs-küylü səlahiyyətlərin icrası və təvazökar rəsmi təyinat

Ayaz Məmmədov Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin etnik azlıqların sıx məskunlaşdığı regionda, Kvemo Kartlidə nümayəndəsi olaraq, 21 noyabr tarixində rəsmi şəkildə təyin olunub. İlk öncə Ayaz Məmmədov bu vəzifəyə öhdəlik yerinə yetirən şəxs olaraq 5 ay əvvəl təyin olunub. Ancaq iş yerini bir neçə günə tərk etdi.

Vakansiya elan olunan vəzifəyə nazirlik Avqust ayında müsabiqə elan etdi və yeddi namizəddən yenə də Ayaz Məmmədovu seçdilər. Ayaz Məmmədovun Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin etnik azlıqların sıx məskunlaşdığı regionda, Kvemo Kartlidə nümayəndəsi olaraq təyin olunduğu haqda məlumatı informasiya saytı vasitəsi ilə öyrəndik. Həmin saytın rəhbəri isə Ayaz Məmmədovun atasıdır.

“Marneuli” Radiosuna Ayaz Məmmədovun təyin olunması haqda məlumat əldə olunduqda biz cəhd göstərdik ki, onunla əlaqə saxlayaq və müsahibə yazaq. Məhz bir həftə ərzində hər gün nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayırdıq və Ayazdan müsahibə almağı xahiş edirdik.

Mətbuat xidmətindən bildirirdilər ki, Ayaz Məmmədov müsahibə verməyə razılıq vermir. Bu gün, biz şəxsən onun özü ilə əlaqə saxladıq, üç saatdan sonra isə Məmmədov müsahibəyə razı oldu. Məmmədovun hansı planları var bunları müsahibədən biləcəksiniz.

– Sizin üçün bu vəzifədə olmaq niyə vacibdir, deyə bilərsinizmi?
– Kvemo Kartlini çox yaxşı tanıyıram. Bilirsiniz ki, 10 il ərzində Maliyyə Nazirliyində, Vergilər Nazirliyinin Xidmət Departamentində Kevmo Kartlidə çalışırdım. Bu sahədə əsasən əhali ilə eləcə də QHT, dövlət nümayəndələri aktiv münasibətim var idi. Media ilə də əməkdaşlığım var idi və bu region mənim üçün yad deyil.
– Cənab Ayaz, sizin üçün bu vəzifə hansı əhəmiyyəti daşıyır? Niyə bu vəzifədə olmaq istəyirdiniz?
– Mən Kvemo Kartli regionumda qeyri-gürcü millətinə dəsətk olmaq istəyirəm. Bu sahə çox yaxşı sahədir. Bilirəm ki, öhdəliyimi lzım gəldiyi kimi yerinə yetirəcəm.
– Dövlət Nazirliyi Aparatının çalışmasında sizin rolunuz nə dərəcədə əhəmiyyətlidir?
– Bacardığım qədər Dövlət Naziri Aparatına dəstək göstərəcəm ki, qeyri-gürcü dilli əhalinin gürcü cəmizyyətinə inteqrasiyası daha tez olsun.
– Cənab Ayaz, artıq yerli əhali ilə çalışmaq üçün hansısa planınız varmı?
– Bəli, planlarım var. 2018-ci il fəaliyyət planı üzərində çalışırıq. Aktiv müzakirələr gedir. Plan hazır olanda isə onun rəsmi təqdimatı olacaq və oradan da məlumat alacaqsınız.
– Siz Marneulidə çalışan neçə QHT tanıyırsınız və onların hansını layihələrə qoşardınız?
– Əlbəttə tanıyıram. Adlarını çəkməyəcəm, amma təşkilatlar var  və həmçinin, media ilə də, Marneuli Radiosu, Marneuli Televiziyası, regionda çalışan media vasitələri ilə də əməkdaşlıq edəcəyik. Əsasən QHT-lə də çalışacam ki, onların layihələrində də öz qatqım olsun.
– Sizin öhdəliklərinizdən biri Gürcü Dili evləri ilə əməkdaşlıq etmədkir. Sizin fikrinizcə qeyri-gürcü dilli əhalinin gürcü dili səviyyəsi etnik azlıqların yaşadığı regionda qane edicidirmi?
– Çox yaxşı sualdır. Təkcə Marneulidə deyil Kvemo-Kartli regionunda əsasən kəndlərdə müəyyən problemlər var. O baxımdan da mənim planlarım var və aparata təqdim edəcəm.Hələ ki, çalışırıq.

Həmçinin, Ayazın sözlərinə görə, regionda çalışan media vasitələri ilə davamlı çalışacaq və ona düşən öhdəlikləri məsuliyyətli şəkildə yerinə yetirəcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register