Xorava küçəsində həddi büluğa çatmayanın qətli işi üzrə daha üç nəfər yaxalandı

შსს

Daxili İşlər Nazirliyi Xorava küçəsində qəsdən adam öldürmə hadisəsi ilə əlaqədar daha üç nəfəri yaxaladı.

Bu barədə Daxili İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları, 2017-ci il dekabrın 1-də, Xorava küçəsində törədilən qətl ilə əlaqədar keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, dekabrın 4-də, səhər tezdən, üç vətəndaşı T.K., Q.Ş. və Z.S-nı yaxaladılar.

İstintaq müəyyən etdi ki, T.K. üçün və həmçinin onun övladları L.K. və M.K. üçün, 2001-ci ildə anadan olmuş, həddi büluğa çatmamış Q.C.-nın  özəlliklə ağır cinayət törətdiyi məlum idi və bu haqqda hüquqmühafizəçiləri məlumatlandırmdılar. Müvafiq olaraq, vətəndaş T.K. cinayəti ört-basdır etməyə görə həbs edilidi.

Vətəndaşlar – L.K. və M.K.-ya gəldikdə isə, onlara qarşı istintaq tədbirləri həyata keçirilir və cinayəti ört-basdır etmə və məlumatlandırmamaq üçün cinayət məsuliyyətinə cəlb olunacaq insanların dairəsinin artması mümkündür.

Yuxarıda qeyd olunanlardan başqa, istintaq müəyyən etdi ki, vətəndaşlar Q.Ş. və Z.S. həddi büluğa çatmayan Q.C.-nin gizlənməsinə kömək etdilər. Müvafiq olaraq vətəndaşlar Q.Ş. və Z.S. cinayəti ört-basdır etməyə görə həbs ediliblər.

Daxili İşlər Nazirliyi Xorava küçəsində qəsdən adam öldürmə hadisəsi ilə əlaqədar operativ-axtarış və istintaq tədbirlərini davam etdirir”, – bəyanatda qeyd olunub.

 

 

 

Məmbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register