DİN-in bəyənatına görə Xorava küçəsində 1 dekabr tarixində baş verən qətlə görə daha bir şəxsi saxlayıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyənatına görə, Xorava küçəsində 1 dekabr tarixində baş verən qətl işinə dair müəssisə daha bir şəxsi saxlayıb. DİN-dən bildirirlər ki, saxlanılanlar cinayəti gizlətməkdə ittiham olunurlar.
“İstintaq müəyyən edib ki, T.K.-ya eləcə də onun övladları – L.K. və M.K-ya məlum olub ki, 2001-ci il təvəllüdlü, yetkinlik yaşına çatmamış, Q.C. xüsusən ağır cinayət törədib və hüquq mühafizəçilərinə bu haqda bildirməyib. Müvafiq vətəndaş T,K cinayət gizlədiyinə görə saxlanılıb.
Vətəndaşlar – L.K və M.K ya gəldikdə isə onlara qarşı istintaq gedir və ola bilsin ki, cinayətin gilzədilməsi və xəbər vermədiklərinə görə CM-i məsuliyyətinə cəlb edilən şəxslərin dairəsi daha da genişlənsin” – deyilir müəssisə tərəfindən yayımlanan bəyənatda.
Digər iki saxlanılan şəxsə gəldikdə isə, Gürcüstanın DİN-də bildirirlər ki, onlar ittiham olunanın gizlənməsinə dəstək göstəriblər.
Gürcüstanın DİN vəTəhsil və Elm nazirinin qərarına əsasən, gələcəkdə yetkinlik yaşına çatmamışların cinayət prevensiyasına qarşı müəssisələr arası işçi qrupu yaranacaq.
Amil Məmmədov2286 Posts
0 Comments