Rüşvətə görə Zuqdidi bələdiyyəsində dövlət məmuru saxlanılıb

news3

Dövlət Təhülkəsizlik Agentliyinin əməkdaşları, xüsusi böyük miqdarda rüşvət götürmək ittihamı ilə  Zuqdidi bələdiyyəsinin meria nəzarət və arxitektura xidmətinin baş mütəxəssisi R.B-nı saxlayıb.

Müəssisədən verilən bəyənata görə, ittiham olunan şəxs xarici ölkə vətəndaşından Zuqdidiə restoran tikintisinə icazə vermək üçün və tikinti layihəsinin təsdiqlənməsi qarşılığında 20 000 ABŞ dolları tələb edib.

“2017-ci ilin 30 noyabr tarixində qeyd olunan şəxs, əvvəlcədən rüşvət şəklində tələb olunan məbləğin bir hissəsini 10 000 ABŞ dolları götürüb, həmin vaxt rüşvətə qarşı çalışan agentlik əməkdaşları onu saxlayıblar” – qeyd olunur bəyənatda.

İstintaq Gürcüstan CM-nin 33-cü maddəsinin 3-cü hissəsinin “e” aşağı bəndi ilə gedir. Maddə xüsusən böyük miqdarda rüşvətin götürülməsini nəzərdə tutur. Oxşar ittiham üçün cəza 11-dən 15 ilədək azadlıqdan məhrum edilməni nəzərdə tutur.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register