Saxta medianı tanımaq üsulları
Bu gün hamı video ya foto çəkə və internetdə paylaşa bilər, ona yanlış hekayə yaza və insan hissləri ilə oynaya bilər. Media vasitələri belə maetriallardan istifadə edirlər və heç yoxlamırlar da realdır ya yox. Məhz buna görə də “Mitlərin detektoru” layihəsi çərçivəsinə Marneulililərin imkanları var idi ki, yenilikləri necə yoxlaya bilərlər ki, yanlış məlumat qurbanı olmasınlar. Medianın inkişafı fondunun tədqiqatçısı Sopo Gelava layihə haqqında danışdı.
“Biz Mitlərin Deteqtoru və mitlərin laboratoriyası yaratmışıq. Burada öyrədirik ki, yanlış məlumatı necə tanımalıdırlar. Bu informasiyanın yoxlanılması texnikası və resursları ilə onları tanış edirik. Eləcə də layihə çərçivəsində biz region və şəhərlərə səfər edirik və gənclərə bu texnika və resursları öyrədirik”.
Sopo Gelava eləcə də layihənin məqsədlərindən söhbət açdı.
“Problem budur ki, sosial mediada həqiqətən də saxta məlumat problemi mövcddur. Bu yalnız Gürcüstan üçün deyil dünyada problemdir. Ona görə də düşünürük ki, bu baxımdan cəmiyyətin özünü məlumatlandırmaq ki, yanlış məlumatı tanısınlar daha vacibdir”.
Gelava həmçinin, deyir ki, etnik azlıqların məskunlaşdığı regionlarda dövlət və QHT-in media sahəsində birgə fəaliyyəti mütləqdir. Təlim “Media üçün məlumatın yoxlanılması texnikaları və resursları” layihəsi çərçivəsində keçirildi. Layihəni “Medianın İnkişafı Fondu” həyata keçirir.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments