9 yaşlı oğlanın qardaşlarını xilas etmək üçün göstərdiyi cəsurluq

goga

“Həyətdə dirək var idi. ilk olaraq mənim qardaşım çıxdı”.

13 yaşlı Qoqa Xaxunaşvili bir ildir ki, anası və 5 bacı-qardaşı ilə birgə Marneulidə yaşayır. Xaraqaulidə onun cəsurluğu haqqında bilirlər. Ancaq Qoqa oxşar hərəkətin təkrar olunmasını istəmir. 9 yaşında olanda evlərinin həyətində yerəşən yüksək cərəyanlı dirəkdən qardaşlarını endirmək üçün oraya çıxır. Diərkdə gözlənilmədən yanğın yaranır. Qoqa qardaşlarını xilas edə bilir ancaq özü ağır şəkildə yanıq alır. Həkimlər 9 yaşlı oğlanın üst əzələlərini amputasiya edirlər. Hadisədən sonra ata-anası bir-birindən ayrılır. Beləcə Qoqa Xaraqauli məktəbindən Marneulinin altı saylı ictimai məktəbinə gəlir. Ancaq deyir ki, o, Xaraqaulidə keçirdiyi günlər üçün darıxır.

“Orada daha yaxşı məktəb var idi. Burada elə deyil. Başqa nə deyim”.

Qoqa danışır ki, sevdiyi qız var və onunla birlikdə vaxtını yaxşı keçirir. Hindistana səfər etmək və böyük evdə yaşamağı arzulayır.

“Mən arzulayıram ki, böyük evim olsun və orada yaşayım”.

Qoqa haqqında Marneuli Gənclər Mərkəzi sosial klip çəkir. Mərkəzin direktoru Rəna Nurməmmədovanın dediyinə görə, Beynəlxalq  Fiziki imkanları məhdud olan şəxslər günü ilə bağlı dörd nəfər Marneulilinin hekayəsini biləcəyik. Onlar öz həyat tərzləri ilə hər gün təsdiqləyirlər ki, məhdud imkanlar mövcud deyil.

“Hər il beynəlxalq fiziki imkanları məhdud olan şəxslər gününü qeyd edirik. Sosial çarx vasitəsilə həmin uşaqların aktiv həyat tərzini göstəririk. Bununla göstərmək istəyirik ki, məhdud imkanlar yoxdu”.

Gürcüstanın Xalq Müdafiəçisi Beynəlxalq  Fiziki imkanları məhdud olan şəxslər günü ilə bağlı bəyənat verib və qeyd edib ki,  Fiziki imkanları məhdud olan şəxslərin təhsili, sağlamlığının müdafiəsi, bərpası, Əmək və işlə təmin edilməsi, əlçatanlıq, sosial müdafiə hüquqlarına müvafiq olaraq realizə problemi Gürcüstanda kəskin şəkildə durur. Qoqa Xaxunaşvili adaptə olunmamış mühitdə yazmağı öyrənməyə cəhd göstərənlərdəndir. Ancaq deyir ki, bunu bacarmır. Qoqa səkkizinci sinifdə oxuyur və artıq dörd ildir ki, heçnə yazmır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register