“Tədris müəssisələrində mandator rolu gücləndiriləcək” – Mixeil Çxenkeli

bavsvebii

Xorava küçəsində baş verən, sinif yoldaşların qarşıdrması və qətli ilə bitən fakt son günlərdə  hadisəyə dair aktiv qiymətləndirmə və müzakirələr gedir. Marneuli Radiosu maraqlandı ki, Marneuli məktəblərində uşaqlara qarşı aqresiya, mübahisə nə dərəcədə tez-tez baş verir. Bunu aydınlaşırmaq üçün biz Marneulinin müxtəlif ictimai məktəblərinin yuxarı sinif şagirdləri ilə sorğu apardıq. Uşaqlar bizimlə söhbət zamanı bildirdilər ki, heç vaxt şagirdlər arasında hansısa qarşıdurma baş verməyib.

Marneuli məktəblərinin birinin mandatoru deyir ki, illərdir məktəbdə çalşır, uşaqların bir-biri ilə dalaşması halı tez-tez olur, ancaq ciddi qarşıdurma nümunəsi xatırlamır. Deyir ki, uşaqlar üçün qadağan olunan əşya gördüyü hallar olub  və müvafiq ölçülər götürüblər.

“Olur elə hallar birdən uşaqlar deyirlər zarafat edirik. Məktəb daxilində oxşar hallar olmayıb. Hərdən uşaqlar elə vəziyyətdə gəlir başa düşürsən ki, məktəbdən kənar belə hallar olur amma daxildə olmayıb. Həmişə xəbərdarlıq edirik. Birdən soruşuram ki, əlinə nə olub. Deyir zarafat edirdik. Nəsə görəndə müvafiq ölçülər götürürük”.

Marneulinin N1 saylı ictimai məktəbinin direktoru Keti Merabişvili də məktəbdə uşaqların qarşıdrması hallarını qeydə alıb. Yad şagirdlərin məktəbə daxil olması halı da olub və o, polisə müraciət edib.

“Bir-birini yüngül vura bilərlər. Ancaq belə silahla bir-birini təhqir etmək halı heç vaxt olmayıb. Məktəbə axşamüstü oğlanlar gəlir neçə dəfə polis çağımalı olmuşam”.

1 dekabr tarixində baş verən hadisə ilə bağlı Gürcüstan Təhsil və Elm naziri Mixeil Çxenkeli bəyənat verib və bildirib ki, təhsil müəssisələrində madator rolunun və eləcə də mandator xidməti və hüquqi müəssisələrin fəaliyyəti gücləndirilməsi mütləqdir.

“Bu gün nazirliyin ən başlıca qayğısı oxşar faciənin təkrar olunmaması üçün çalışmaqdır. Zorakılığa qarşı mübarizə aparacağıq. Bizim gücümüz bütün məktəbləri əhatə etməlidir. Bu dövlət müəssisələrinin, QHT və medianın əməyini və beynəlxalq təcrübəni tələb edəcək. Dünən Di naziri ilə görüşdüm və qərar verdik ki, məüssisələrimiz arasında cinayətin prevensiyası məqsədi ilə əməkdaşlıq olmalıdır”.

Məktəblərdə ictimai nizamı və məktəb dissiplinin mühafizəsi üçün, bulinq və zorakılığa qarşı prevensiyalı tədris və aktiv məlumatlandırmaq fəallaşacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register