Mixeil Saakaşvili Kiyevdə həbs edildi

sako1

Bu gün Ukraynada, Gürcüstanın sabiq prezidentinin evinin yanında xüsusi təyinatlılar səfərbər olunub. Əraziyə Saakaşvilinin tərəfdarları da yığılıblar.

Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Saakaşvilinin evində yoxlanış keçirilir.

Gürcüstanın sabiq baş prokuroru və Saakaşvilinin həm-partiyalısı olan David Sakvarelidze isə, medyaya bildirib ki, hüquqmühafizəçilər Saakaşvilinin evinə qapıyı qırıb giriblər.

Dama çıxan sabiq prezident, oradan öz tərəfdarlarına müraciət etdi ki, bacardıqları qədər çox sayda yığılsınlar.

Saakaşvili deyir ki, Ukrayna hüquq-mühafizəçiləri onu həbs edib, Gürcüstana vermək istəyirlər.

“Onlar məni həbs edib, “Qazpromun” aksionerinə vermək istəyirlər. Tərəfdarlarıma müraciət edirəm ki, buna icazə verməsinlər” – dedi Saakaşvili.

Hərbi formalılar Saakaşviliyi damdan çıxardılar və həbs etdilər. Xüsusi təyinatlılar Mixeil Saakaşviliyi mənzilindən çıxartsalar da onun tərəfdarları isə, ovtomobilin hərəkətinə mane olurlar.

Saakaşvilinin evində yoxlanış keçirilir.

Mənbə: 1tv.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register