İstintaq başa çatana kimi məktəb direktorlarının azad olunması məsələsinə dair nazirlikdə müzakirə aparılmır

news4

İstintaq başa çatana qədər #51 saylı ictimai məktəbin və ilk eksperimental məktəbin direktorlarının azad olunması məsələsi haqqında Təhsil Nazirliyində müzakirə getmir – bu haqda jurnalistlərə Elm və Təhsil nazirinin müavini Lia Qiqauri bildirib.

Onun izahatına görə, direktorların cavabdehlik məsələsi gün qrafikinə, istintaqın kimin günhakr olduğunu təsdiqləməsindən sonra qoyulacaq. Təhsil nazirinin müavininin verdiyi məlumata görə nazirlik qeyd olunan məktəblərin direktorları ilə və digər məktəblərin direktorları ilə də daim əlaqə saxlayır.
“Biz istintaqın bitməsini gözləyirik və onun başa çatmasından sonra onların məsuliyyətə verilməsi ilə bağlı müzakirəyə başlayacağıq”, – qeyd edir Lia Qiqauri. O, dünən DİN-in müəssisələr arası koordinasiya Şurasının görüşündə iştirak edib. Şura üzvləri dünən mandator xidmətinin funksiyası, eləcə də təhlükəsizlik məsələləri ilə bağlı patrul polisinin rolu və bu istiqamətdə qısa və uzun müddətli planlar haqqında müzakirə aparıblar.
Mənbə: İpn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register