Vətəndaşın məktubuna meriyanın cavab verməməsi qanun pozuntusudur

gamg

Amerikalı Rayn Smit Marneulidə öz imkanları ilə uşaq meydançası qurmağa Marneuliyə gələndən və uşağını əylənmək üçün Bolnisi və ya Tbilisiyə aparmalı olduqdan sonra qərar verib. Rayn 6 ildir ki, Marneulidə yaşayır, onun Gürcüstan vətəndaşlığı da var. Marneuli Radiosu bir neçə gün bundan əvvəl bu mövzuda sujet hazırladı və sujetdə Rayn qeyd edirdi ki, öz təşəbbüsünü həyata keçirmək üçün Marneuli meriasına rəsmi məktub göndərib. Onlardan isə aylardır ki, cavab almayıb.

“Bəli, mən iki dəfə müraciət etmişəm. Birinci dəfə Merabla görüşdüm. Elə müraciət etdik və ondan heç bir cavab gəlmədi. Sonra Merab vəzifəni tərk etdi və onu Zaur müvəqqəti əvəz etdi. Ona da müraciət etdik və o isə imza atmadı. Ondan sonra seçkilər oldu. Amma ümidvaram ki, bu təzə rəhbər, yeni merlə bu işin həyata keçirilməsi mümükün olacaq”.

Raynın məktubuna cavab verilməməsini Marneuli merinin birinci müavini Zaur Tabatadze də təsdiqləyir.

“Doğruduru müraciətə cavab verməmişik. Hüquqi forma tapılmadı,  Bu layihənin həyata keçirilməsinə dair hüquqi formanın tənzimlənməsi alınmadı və ona görə də çəkindik. Torpaq bələdiyyənin balansındadır. Sərmayə də işə qoşulmalı idi. Bundan dolayı alınmadı. Tender elan edə bilməzdik və işlər alınmırdı deyə olmadı. Məqsəd özü bəlkə də yaxşı idi, amma həyata keçirilməsi texniki olaraq alınmadı”.

Zaur Tabatadzenin dediyinə görə, layihəni həyata keçirmək üçün hüquqi forma tapılmayıb. Gürcüstanın inzibati qaydalar məcəlləsinin üçüncü maddəsinin 40-41-ci bəndinə əsasən, ictimai müəssisə ictimai məlumatı, həmçinin elektron formada tələb olunan ictimai məlumatı dərhal və ya 10 gündən gec olmadan verməlidir. 41-ci maddəyə əsasən ictimai müəssisə məlumat verməkdən imtina edirsə dərhal bunu şəxsə bildirməlidir. İctimai məlumatın verilməsinə etiraz edilməsi halında ictimai müəssisə məcburdur ki, qərar qəbul etdikdən 3 gün müddətində şəxsə yazılı şəkildə onun hüquqlarını və şikayət etmək qaydasını izah etsin, eləcə də məlumat verməkdən imtina edilən qərar qəbul edilərkən müraciət edilməli olan ictimai müəssisənin adını da qeyd etməlidir.

Ancaq bizimlə söhbəti zamanı Rayn Smit qeyd etdi ki, o bir daha meriyaya müraciət edəcək, bu layihəni həyata keçirmək üçün sonuna qədər çalışacaq və ən sonuncu halda alternativ yollar axtaracaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register