Bələdiyyələrin şəffaflığının dəyərləndirilməsində Marneuli meriyasından heç kəs iştirak etməyib

SXDOMA

Bu gün, 5 dekabr tarixində Tbilisidə yerli özünüidarə indeksinin araşdırmasının nəticələrinin təqdimatı keçirildi. 2017-ci ilin nəticələri ilə tanışlıq bələdiyyələrin şəffaflığı baxımından baş tutdu.Yerli özünüidarə indeksinin araşdırılmasında “Açıq Cəmiyyət Gürcüstan” fondu, İdarəetmə Sistemlərinin İnkişafı Mərkəzi və İnformasiya Azadlığının İnkişafı İnstitutu birgə iştirak ediblər.

Gürcüstan bələdiyyələrinin vahid milli indeksinə görə, Marneuli bələdiyyəsi 9-cu yerdədir. “Açıq Cəmiyyət Gürcüstan” fondunun direktoru Keti Xutsişvili deyir ki, “bələdiyyələrdə şəffaflıq baxımından vəziyyət faciəvidir”. İrakli Kobaxidzenin dediyinə görə, yerli özünüidarələrin Avropa standartlarına nail olması üçün yerli özünüidarə sahəsində çox işlər görülməlidir.

“Açıq Cəmiyyət Gürcüstan” fondunun  proqram meneceri Vaxtanq Natsvlişvili qeyd etdi ki, Gürcüstanda bələdiyyələrin vahid meyarlara görə ayrı-ayrılıqda qiymətləndirilməsi ilk dəfə həyata keçirildi.

Jurnalistin Marneulidə həyata keçirilən Vətəndaş büdcəsi və layihələrin həyata keçirilməsi üçün əvvəlcədən məbləğin müəyyən olunmaması ilə bağlı sualına Vaxtanq Natsvlişvili belə cavab verdi.

Görüşdə Mülki İnteqrasiya Fondunun icraçə direktoru Zaur Xəlilov da iştirak edirdi. O, qeyd etdi ki, bələdiyyələr üçün şəffaflıq həqiqətən çox mühümdür.

Şəffalıq və hesabat baxımından aşağıdakı bələdiyyələr Marneulini qabaqlayıblar.

  1. Rustavi şəhər bələdiyyəsi
  2. Telavi bələdiyyəsi
  3. Ozurqeti bələdiyyəsi
  4. Çxorotsku bələdiyyəsi
  5. Zuqdidi bələdiyyəsi
  6. Laqodexi bələdiyyəsi
  7. Tbilisi şəhər bələdiyyəsi
  8. Siqnaği bələdiyyəsi

Şaffaflıq və hesabat baxımından Rustavi şəhər bələdiyyəsi ilk sırada qərarlaşıb, sonuncu yeri isə Aspindza bələdiyyəsi tutub. Təqdimatda Tbilisi meri Kaxa Kaladze və Parlament sədri İrakli Kobaxidze, mətbuat və QHT nümayəndələri iştirak edirdilər. Bu günkü təqdimatda Marneuli bələdiyyəsinin heç bir təmsilçisi iştirak etmirdi, bununla belə kiçmiş icra başçısı Merab Topçişvili görüşdə idi.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register