Marneuli meri qadınların ehtiyacları ilə tanış oldu
Bu gün, 6 dekabr tarixində Marneuli meri qadınların ehtiyacı ilə tanış oldu. “Qadınlar Qadınlar üçün” layihəsi çərçivəsində qadınlar şurası iki ay ərzində Marneuli qadınları ilə görüş keçirdi və onların ehtiyaclarını aşkara çıxardı. Layihənin məqsədi haqqında bizə “Samtsxe-Cavaxetiya Mətbuat Mərkəzinin” direktoru Marina Kupatadze danışdı.
“Layihənin məqsədi seçici qadınların ehtiyaclarının öyrənilməsi, bu ehtiyacların siyasi partiya nümayəndələrinə, yeni seçilmiş bələdiyyə məclisinə, yeni seçilmiş merə çatdırılması, həmçinin prioritet və problemlərin qarşılaşdırılması idi. Marneulidə, eləcə də Borjomidə, Ninotsmindada qadınların hansı ehtiyacları var və yerli özünüidarə onların problemlərini nə dərəcədə həll edir”.
Marina Kupatadzenin dediyinə görə, tullantıların idarə olunması, sahibsiz itlər və suvarma suyu problemləri Marneuli qadınlarının mer Temur Abazovla görüşləri zamanı dilə gətirdikləri əsas məsələlər idi. Marneuli merinin dediyinə görə, görüşdə sadalanan problemlər əsasən ona tanışdır.
“Bu halda əsas problemlər mənə tanış idi. Bir az fərqli idi, bacardığımız qədər hər şeyi qeyd etdik və bacardığımız qədər komanda şəklində bu problemləri həll edəcəyik ki, gələcəkdə bu problemlərlə qarşılaşmayaq”.
Temur Abazov onu da qeyd etdi ki, bələdiyyədə artıq bu problemlər üzərində işlərə başlanılıb və onların əksər hissəsi 2018-ci ildə həll olunacaq.
“Qadınlar Qadınlar üçün” layihəsi artıq 6 aydır ki, davam edir. Layihəni “Samtsxe-Cavaxetiya Mətbuat Mərkəzi” “Şərq-Qərb İdarəetmə İnstitutu”-nun maliyyə dəstəyi ilə həyata keçirir.
“Marneuli” radiosu
Amil Məmmədov2286 Posts
0 Comments