Mixeil Saakaşviliyə qarşı üç maddəyə əsasən axtarış elan edilib

mixeil

Gürcüstan İctimai Televizyasının verdiyi məlumata görə, Odessa əyalətinin sabiq qubernatoru Mixeil Saakaşvili barəsində Ukrayna iqtidarı və milli polis tərəfindən üç maddəyə əsasən axtarış elan edilib.

Bu barədə məlumatı Ukraynanın baş Prokurorluğunun mətbuat xidməti yayıb.

“Saakaşvili barəsində axtarış elan edildi və o, Cinayət Məcəlləsinin 15-ci, 28-ci və 256-cı maddələrinə əsasən, məsuliyyətə cəlb olunacaq. Bu ittihamlara polisə hücüm və həmçinin hərbi çevriliş təşkil edən qruplarla əməkdaşlıq da daxildir”, – deyilir Ukrayna prokurluğunun mətbuat xidmətinin məlumatında.

Dünən Ukrayna prokurorluğu Odessa əyalətinin sabiq qubernatoruna hüquq mühafizə orqanlarına təslim olmaq üçün 24 saat vaxt verildiyini açıqlayıb.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register