“Tikinti aparılması zamanı tez-tez təhlükəsizlik qaydalarının pozulması ilə qarşılaşırıq” – Kaxa Kaladze

kaxa kaladze

Tbilisi meri Kaxa Kaladze tikinti zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması nəticəsində ölüm hallarının statistikasının narahatlıq doğurduğunu bildirib. “Tikinti aparılması zamanı tez-tez təhlükəsizlik qaydalarının pozulması ilə qarşılaşırıq. Nəzarət xidməti son 5 gün ərzində 100-dən artıq tikinti obyektinə xəbərdarlıq edib, 50 obyektə qarşı isə nəzarət xidməti tərəfindən iş qaldırılıb və cərimələrin yazılmasına başlanılıb. Tikinti zamanı baş verənlər çox təəssüfvericidir və tez-tez ölüm hallarının baş verməsi haqqında eşidirik. İnsanlar hər cür qayda pozuntusu, qaydalara riayət olunmaması şəraitində tikintilərdə çalışır və bu bizim komandamız üçün yolverilməzdir” – deyə Kaxa Kaladze bu gün keçirilən iclasda bildirib.

Mer nəzarət xidmətinin rəhbəri Qiorqi Baqrationiyə tikinti obyektlərinə sərt şəkildə nəzarət edilməsini tapşırıb.

“Təhlükəsizlik qaydalarının qorunmasını təmin etməyən hər bir tikinti şirkəti qanun qarşısında cavab verəcək. Nəzarət xidmətinin göstərişlərinə əməl olunmaması halında tikintini dayandırmaq hüququnuz var. Söhbət insan həyatından gedirsə, çox sərt olmalıyıq” – deyə Kaladze qeyd edib.

Mənbə: NetGazeti

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register