Gürcüstanlı tələbə Facebook-un baş ofisində təcrübə keçəcək

“Facebook” Gürcü tələbə Luka Lomtadzeyi 250 000 tələbə arasından seçilən ən yaxşı 300 tələbə arasına saldı və Menlo Parkda, Silikon dərəsi proqramının təminatçı developeri olmağa dəvət etdi.
San Dieqo universitetinin məlumatına görə, Luka Lomtadze ona qədər Facebook-un baş ofisində təcrübə keçəcək.
Luka Lomtadze San Dieqo Universitetinin kompyuter mühəndislik fakultəsinin üçüncü kurs tələbəsidir. 2017-ci ildə o san Dieqoya mübadilə proqramı çərçivəsində getmişdi.
“İlk kod proqramımı beşinci sinifdə yazmışdım və o vaxtdan düşündüm ki, proqramçı olacağam. O zamandan etibarən, müxtəlif proqramlar üzərində çalışıram. Facebook-a düşmək mənim ən böyük arzum idi və bilirdim ki, gec-tez bu arzum gerçəkləşəcək” – deyir Luka Lomtadze.
Universitetin məlumatına görə, “Facebook”-a proqram təminatı developeri üçün hər il 250 000 aplikasiya daxil olur və onlardan sadəcə 0.132%-ni təcrübə keçməyə dəvət edirlər.
Mənbə: 1tv.ge
Amil Məmmədov2286 Posts
0 Comments