“Ləyaqət manifesti” – “Milli Hərəkat” aksiyaya başlayır
Rustavi 2 telekanalının verdiyi məlumata görə, “Milli Hərəkat” Rustaveli metrosu yaxınlığında aksiyaya başlayır. Partiya Mixeil Saakaşvili ətrafında cərəyan edən hadisələrə görə, “Ləyaqət Manifesti” keçirir. Rustaveli Metrosu yaxınlığında keçirilən aksiyaya partiya tərəfdarları toplaşır.
“Milli Hərəkatın” üzvləri Gürcüstanın 3-cü prezidentinin həbs olunması cəhdi və Kiyevdə ona qarşı başlamış siyasi təqibə etiraz edirlər.
Partiyadan bildirirlər ki, Gürcüstan və Ukrayna oliqarxları razılaşdırılmış şəkildə Kremldə yazılmış ssenari üzrə hərəkət edirlər.
“Milli Hərəkat”-dan bildirildiyinə görə, Kiyevdə hal-hazırda ayrı-ayrı siyasətçilər arasında mübarizə deyil, Moskvanın öz təsirini gücləndirməsi cəhdləri həyata keçirilir.
Müxalifət partiyası bir daha Gürcüstan hakimiyyətini Kiyevlə razılaşdırılmış fəaliyyətdə ittiham edir.
Mənbə: rustavi2
Amil Məmmədov2286 Posts
0 Comments