Marneulidə “Yaşayan Ədəbiyyat” şeir müsabiqəsi keçriləcək

yarisma

Yaradıcı Gənclər Akademiyasının təşkilatcılığı ilə Marneulidə 8 dekabr tarixində saat 15:00-da “Yaşayan Ədəbiyyat” proqramı təşkil ediləcək. Tədbirin məqsədi isə Azərbaycan və gürcü ədəbiyyatına həsr olunması nəzərdə tutulub.

Proqramda Marneuli bələdiyyəsində fəaliyyət göstərən ictimai məktəblər və ədəbiyyata marağı olan gənclər iştirak edəcəklər. Tədbir Marneuli Mədəniyyət Mərkəzində baş tutacaq.

Təsisçilərdən biri olan Vaqif Səyyah “Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki, tədbir heç bir hökumət və qeyri-hökumət təşkilatı tərəfindən malliyələşmir və öz hesablarına bu tədbiri həyata keçirirlər. O, onu da əlavə etdi ki, maliyyə dəstəyi olmadığına görə mütamadi olaraq tədbirlər həyata keçirə bilmirlər və imkanları olanda bu cür tədbirlər həyata keçirirlər.

Proqramın açılışında şeir müsabiqəsi olacaq və ən yaxşı çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Qaliblərə hədiyyələr təqdim olunacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register