“Bələdiyyə məclisi qanunun bir hissəsini yerinə yetirir” – Koka Kiğuradze
Yerli özünüidarə haqqında məcəllənin 88-ci maddəsinə görə, bələdiyyə məclisi deputatları bir il ərzində 1 noyabrdan gec olmayaraq əhali ilə görüşməli və illik hesabat təqdim etməlidir. İllik hesabat dedikdə il ərzində hansı layihələrin planlaşdırılıb həyata keçirildiyi və ya əksinə, həyata keçirilə bilmədiyi və bunun nə ilə əlaqədar olduğu nəzərdə tutulur.
Biz Marneuli Bələdiyyə Məclisinin beş komissiyasının hər birinin sədrləri ilə əlaqə saxladıq, lakin onlardan üçü şərh verdi. Onların şərhlərindən belə məlum oldu ki, Riçard Qiqani, Nodar Mtvarelidze və Roman Tabatadzenin illik hesabat haqqında məlumatları yoxdur.
“Ümumiyyətlə büdcə hələ təsdiq olunmayıb. Nə olacaq, Necə olacaq hələ bilmirəm. Bəli, görüşlər keçiririrk, bizə müraciət ediləndə hər cür köməklik göstərməyə çalışırıq. Bu reqlamentdir, komissiyada meriya və o strukturlara onların səlahiyyətlərinin yerinə yetirməsinə dəstək oluruq”.
Biz yerli sakinlərlə də söhbət etdik. Rəyi soruşulanların əksəriyyəti bildirdilər ki, bələdiyyə məclisi deputatları onlara illik hesabat təqdim etməyiblər.
Hakimiyyət sistemləri mərkəzinin icraçı direktoru Koka Kiğuradze bildirir ki, bələdiyyələrdə hesabatların ictimai şəkildə müzakirəsi təcrübəsi yoxdur. Onun dediyinə görə, hesabatların müzakirəsinin baş tutduğu hallarda isə görüşdə yerli sakinlər deyil, icra hakimiyyəti, meriya, bələdiyyə məclisinin əməkdaşları və yaxud onların yaxınları iştirak edirlər.
“Öz yaşayış məntəqələrində bu görüşləri keçirməlidirlər. Bələdiyyə məclisinin deputatlarının iclasda iştirak edib əl qaldırmaqdan başqa vətəndaşlarla görüşmək öhdəliyi var. Qanunla nəzərdə tutulmuş vəzifələr yarımçıq yerinə yetirilir”.
“Gürcüstan Bələdiyyələrinin Vahid Milli Dəyərləndirilməsi” araşdırmasına görə, son bir illik müddətdə ümumi yığıncaq bələdiyyələrin 85 faizindən çoxunda, məsləhətçilər şurası və ictimai müzakirələr isə 60 faizindən çoxunda keçirilməyib.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments