Yeni il ərəfəsində pirotexniki vasitələrdən istifadəyə icazə veriləcək
Yeni il ərəfəsində müxtəlif partlayış səsləri yəqin ki, indiyə kimi çox adamı diksindirib. Hər il tez alışan maddələr və pirotexniki məmulatların partlaması nəticəsində onlarla böyüklərin və uşaqların xəsarət alması halları qeydə alınır. Əsas da uşaqların partlayıcı oyuncaqlarla oynaması onlar üçün təhlükəlidir.
Biz Marneuli bazarında satıcılardan müsahibə yazmağa çalışsaq da onlar müsahibədən qaçdılar. Amma yenə də biz onlardan bir neçəsi ilə söhbət edə bildik və alışan maddələr və pirotexniki məmulatların təhlükəsi haqqında satdığı məhsullar haqqında müştərilərə məlumat verirlərmi, bizim suallarmızı belə cavablandırdılar.
Yeni ilin gəlişi ilə əlaqədar bazar ərazilərində bu cür məhsullar piştaxtalarda satışda satılır. Biz Marneuli sakinləri arasında sorğu apardıq ki, alışan maddələr və pirotexniki məmulatların insanlar üçün təhlükəsi varmı və bu haqda nə düşünürlər.
Xatırladaq ki, yeni il günlərində pirotexnikadan istifadə etmək üçün qadağalar qüvvədə olmayacaq. DİN-dən verilən məlumata əsasən, 31 dekabr saat 21:00-dan, 2 yanvar saat 23:00-a kimi və 13 yanvar saat 21:00-dan 14 yanvar saat 21:00-a kimi istisna hal olacaq və qanunla müəyyənn olunmuş qadağa qüvvədə olmayacaq.
DİN vətəndaşları pirotexnikadan istifadə edərkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.
“İnzibati qayda pozuntuları məcəlləsinin 772 prima maddəsi gecə saatlarında pirotexnikadan istifadə qaydalarını tənzimləyir. Ancaq istisna hallar mövcuddur və bu maddə yeni il bayramında qüvvədə olmayacaq.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments