5000 lari həcmində qrant imkanı

meria

İqtisadiyyat nazirliyinin İnnovasiyalar və texnologialar üzrə Agentliyi 5000 lari dəyərində kiçik qrant proqramının təqdimatını bu gün Marneulidə keçirib.

Qrant proqramının məzmuni maliyyələşdirilmə mexanizminin məqsədi startapların yaranması və inkişafa dəstədkir. Açıq müsabiqə yolu və təyin edilmiş meyarlarla seçilən müraciətçilər 3 istiqamətdə maliyyələşdiriləcəklər.

İnnovasiyalar və texnologialar üzrə Agentliyinin kiçik qrantlar proqramının meneceri Gvantsa Qriqalaşvili prototiplərdən söhbət açır.

“Protipləşdirmə istiqaməti, loqotipin yaradılması və testləşdirmə. İkinci tədbir Gürcüstanda İnnovasyalara dəstək üçün hər hansı tədbirin təşkili deməkdir. İnnovasiya və Texnologiyalar istiqamətində hər hansl görüşü nəzərdə tutan layihəni maliyyələşdirəcəyik. Üçüncü istiqamət səyahət qrantıdır. Şəxs İnnovasiya və Texnologiyalar sahəsində xaricdə hansısa tədbirlərdə iştirak edir”.

Görüşdə Marneuli Bələdiyyəsinin meriasından bir neçə əməkdaş və digər maraqlanan şəxslər iştirak edirdilər. Biz Təsərrüfat Nazirliyinin Kvemo Kartli üzrə regionaı İdarəçiliyinin rəhbəri Geronti Sivsivadze ilə söhbət etdik. O, qeyd etdi ki, onun üçün kiçik qrantlar proqramı həqiqətən də vacibdir ki, kənd təsərrüfatı sahəsində yeniliklərə dəstək olunsun.

“Çox maraqlı görüş idi. Bizi görüşdə hansısa qurğunun düzəldilməsi və ya köhnənin yenilənməsi haqqında məlumat verdilər. Eləcə də kənd təsərrüfatı sahəsində də dəstək olacaq. Xüsusən də gənclər üçün ideyalarını həyata keçirməyə kömək edəcək”.

Gürcüstan vətəndaşları, Gürcüstanda hüquqi və rezident fiziki şəxs olaraq qeydiyyatdan keçənlər maliyyələşmə əldə edə bilərlər. (Bax. Qrantlar haqqında Gürcüstan qanunu)

Qrant maliyyələşməni əldə etmək üçün müraciət etmək cari ilin hər hansı zamanında mümkündür. Qrant ərizəsinin qəbul edilmısindən 1 ay müddətində Agentlik layihə üçün müraciəti maliyyələşdirməyə dair qərar qəbul edir və bu haqda layihənin müəllifinə bildirir.

Qrant layihələrini İnnovasiyalar və Texnologiyalar Agentliyinin kvalifikasiyalı analitikləri və dəvət olunan ekspertlər müzakirə edəcəklər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register